Əsas Səhifə > Güney Press / Manşet > KƏRƏM HƏSƏNOVA 50 MİN MANAT В«ATDILARВ»

KƏRƏM HƏSƏNOVA 50 MİN MANAT В«ATDILARВ»


9-01-2012, 16:49
KƏRƏM HƏSƏNOVA 50 MİN MANAT В«ATDILARВ»

KOMİTƏ SƏDRİNİN XEYRİYYƏ MƏQSƏDİLƏ VERDİYİ PULLAR BATIB

DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı redaksiyamıza çox ilginc bir məlumat daxil olub. Redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər qaynaqlardan sızan informasiyadan aydın olur ki, komitə sədri yola saldığımız yeni illə bağlı törənlərdə əməlli-başlı israfçılığa yol verib.

Mənbə bildirir ki, yeni il münasibətilə Kərəm Həsənova tanınmış müğənnilərdən biri müraciət edib: В«Müraciətə səbəb talassemiyalı xəstələrə yardım məqsədilə xeyriyyə konsertinin təşkili olub. Komitə sədri də razılıq verərək müğənniyə 50 min manat pul verib. Lakin nədənsə həmin tədbir təşkil olunmayıbВ».

Onu da bildirək ki, sözügedən tədbir tanınmış otellərin birində təşkil olunmalı imiş. Və bildirələnə görə, xeyriyyə tədbiri öncəsi həmin oteldə Vergilər Nazirliyi tərəfindən yoxlamalar aparılıb və otelin fəaliyyətinə qadağa qoyulub. Doğrudur, sonradan həmin otel fəaliyyətini bərpa etsə də, müğənninin təşkilatçısı olduğu tədbirdən səs-soraq çıxmayıb.

Mənbə bildirir ki, sonradan tədbirlə ilgilənən komitə sədri özü də verdiyi 50 min manatının taleyindən xəbərsiz qalıb. Bu barədə qaynağın В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) söylədikləri: В«Komitə sədri neçə gündür ki, müğənnini axtarsa da, onunla əlaqə yarada bilmir. Deyilənə görə, həmin müğənni artıq ölkədən çıxıbВ».

Onu da qeyd edək ki, Kərəm Həsənova rəsmən В«atanВ» həmin müğənninin kimliyi barədə redaksiyamızda dolğun informasiya var. Sadəcə olaraq, bu məsələdə dəqiqləşdirə imkanlarının məhdudluğu adların açıqlanmasını yolverilməz edir.


Geri qayıt