Əsas Səhifə > Siyasət, Manşet > ELDAR HƏSƏNOV VƏ ELDAR NAMAZOV PUL DAVASINDA
ELDAR HƏSƏNOV VƏ ELDAR NAMAZOV PUL DAVASINDA21-08-2013, 11:06 |
RUSİYADAN ƏSƏN İNQİLAB YELLƏRİ KİMLƏRİN İFŞASINA NƏDƏN OLDU? DİA.AZ: - Keçmiş baş prokuror, hazırda diplomat missiyası ilə siyasətdə meydan sulayan və hətta Bakıda mühüm postlardan birinə iddialı olduğu söylənilən Eldar Həsənovla bağlı araşdırmalarımız davam edir. Redaksiyamızın əldə etdiyi informasiyalardan belə aydın olur ki, əslində Eldar Həsənovun dövləti vəzifə tutmasına rəğmən «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqında cəmləşən milyarderləri öyməsi, onlara simpatiyasının olduğunu gizlətməməsi heç də təsadüfi deyil. DİA.AZ-a daxil olan məlumatlara görə, əslində burada bir yandan maddi maraq olubsa, digər yandan Eldar Həsənovun köhnə dönəmlərdən qalan Rusiyanın xüsusi xidmət orqanları ilə olan bağları mühüm rol oynayıb. Xəbərə görə, Eldar Həsənov hələ AXC iqtidarı devrilən dönəmlərdən proseslərdə mühüm rol oynayıb ki, bu fakt hətta filmlərə belə köçüb. Eldar Həsənovun qorxaq obrazının canlandığı həmin filmə nədənsə bu gün diplomat kimi tanınan bu zat heç də sərt reaksiya verməmişdi. Həmin film isə Azərbaycanda az qala bütün kanallarda nümayiş etdirilib. Yəni Eldar Həsənovun Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsi çoxdan sənədləşdirilib. Və hətta mərhum prezident Heydər Əliyevin zamanında onu baş prokuror görəvindən azad edərkən də bu məqama söykənib. Bildirək ki, Eldar Həsənov hətta baş prokuror olarkən belə qulluq etdiyi hakimiyyətə heç də sədaqət nümayiş etdirməyib. Yəni necə ki, bu gün Abbas Abbasovdan danışarkən az qala gözləri sulanır, eləcə də həmin dönəmdə Eldar Həsənov o zamanlar Heydər Əliyev hakimiyyətinə müxalifətdə dayanan «Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədovla kirvə kimi mentalitetimizdə ciddi qəbul edilən bir qohumluq əlaqəsinə girmişdi. Və bu gün Azər Əhmədovun yaşadığı 3 mərtəbəli villanın da Eldar Həsənovdan həmin dövrdə müxalifətçi medianın təmsilçisinə bir qohum kimi Eldar Həsənov bağışlamışdı. Təbii ki, bunlar hansısa formada kiməsə qarşı alibi kimi dəyərləndirilə bilməz. Amma burada başqa bir məqam var. Söhbət kiminsə kiminləsə qohumluq seçimində müsətiql olmasından daha çox kiminsə təmsilçisi olduğu komandaya münasibətindən gedir. Çünki Eldar Həsənov sonradan da nümayəndəsi olduğu iqtidar cinahına yönəlik xəyanıət xarakterli addımlarını davam etdirdi ki, bu da enində-sonunda onun hətta İlham Əliyevə qarşı sui-qəsd planında, həmçinin dövlət çevrilişində iştirakçı kimi adının hallandırılmasına qədər inkişaf etmiş oldu. Redaksiyamızın əldə etdiyi məlumatlardan isə aydın olur ki, Eldar Həsənov hətta bu uğursuz layihədən də uduşla çıxmağa müvəffəq olmayıb. Belə ki, dövlət çevrilişinə Rusiyanın xüsusi xidmət orqanları tərəfindən ayrılan 20 milyon avroluq vəsait Eldar Namazov tərəfindən mənimsənilib. Bunu deyən bilgili mənbələr iddia edir ki, hətta bu gün Eldar Namazovun tərəfdaşlıq etdiyi Milli Şuranın başbilənləri belə ondan 20 milyon avronun hesabatını sormağa başlayıblar. Doğrudur, bu günlərdə mətbuata açıqlama verən Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Eldar Namazov özünü elə də pulu aparmır, yəni pulu olana oxşamır. Sülhəddin Əkbər iddia etdi ki, hətta Eldar Namazovun mindiyi maşın da özünə yox, dostlarına aiddir. Amma Sülhəddin Əkbərin burada səmimi olmaması görünəndir. Ən azından ona göər ki, Sülhəddin Əbərin əyləşdiyi və aylıq kirayəsi 5 min manat olan ofisin son iki ayının pulunun məhz Eldar Namazov tərəfindən verilməsi də faktdır və bu barədə mətbuatda da yazılıb. Hər halda, Eldar Namazovun əlinə keçən pulları bir anın içində kənar görüntüsündən belə duyulacaq tərzdə xərcləyəcəyi heç də ağlabatan deyildi. Yəni adam uşaq deyil ki, bir bahalı kostyumla özünü ifşa etdirsin. Məlumatlardan aydın olur ki, Eldar Namazovu bu barədə danışdırmağa çalışan Milli Şuradakı partnyorları ondan nəsə öyrənə bilmədiklərindəndir bu gün ona qarşı qəzəblidirlər. Hətta bir neçə gün əvvəl Milli Şuranın sessiyasında bu qəxəb aşkar surətdə göründü və Müsavat başqanı İsa Qəmbər Eldar Namazova qıcıqlı oldduğunu hətta medianın qarşısında da hiss etdirdi. İndi isə bütün nağıllar sonna çatmaq üzərədir. Eldar Həsənov, Eldar Namazov, Akif Muradverdiyev, Abbas Abbasov, Rüstəm İbrahəimbəyov… Yəni YAP-dan qopan və bu gün YAP iqtidarına qarşı gedən bu şəbəkə Putinin bir Bakı səfəri ilə pərən-pərən düşdülər. Bu gün artıq nağıllar sonna çatmaqdadır. Göydən isə bu dəfə alma düşməyəcək. Ən azından ona görə ki, bu dəfə nağıllar qəhrəmanlarının xəyal etmədikləri sonluqla bitir. Elə keçən günlərdə təqdim etdiyimiz materialda da bildirmişdik ki, artıq Eldar Həsənovun kitabı bağlanıb. Onun həbsi belə düşünülür. Yəni nağılın «Həppi end» hissəsi olmasa da, göydən almalar mütləq düşəcək… Geri qayıt |