Əsas Səhifə > Cəmiyyət > PREZİDENTDƏN HUMANİST ADDIM

PREZİDENTDƏN HUMANİST ADDIM


9-01-2012, 15:52
PREZİDENTDƏN HUMANİST ADDIM

CƏBHƏÇİ MƏHBUS ATASININ YASINDA İŞTİRAK EDƏ BİLƏCƏK

Azərbaycanda daha bir məhkuma atasının yas mərasimində iştirak etməyə icazə verilib. Bu barədə “İnsan hüquqları naminə” İctimai Birliyinin sədri Eynulla Fətullayev məlumat verib. Onun sözlərinə görə, İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılaraq azadlıqdan məhrum edilən AXCP üzvi Arif Alışlının atası, 80 yaşlı Hacıbala Alışov uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib. Bununla əlaqədar məhkumun hüquqlarının müdafiə komitəsi A. Alışlının atasının yas mərasiminə qatılmasına icazə almaq üçün “İnsan hüquqları naminə” İctimai Birliyin sədrinə müraciət edib. Həmin müraciət əsasında birliyin rəhbəri E. Fətullayev Ədliyyə Nazirliyinin rəhbərliyinə məktub ünvanlayıb.

Bu gün ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə A. Alışlının atasının yas mərasimində iştirakına icazə verilib. E. Fətullayev qeyd edib ki, sabah A. Alışlı atasının üç mərasimində iştirak edə biləcək.

E. Fətullayev prezident İlham Əliyevə və Ədliyyə Nazirliyinin rəhbərliyinə göstərdikləri humanizmə görə təşəkkürünü bildirib.


Geri qayıt