Əsas Səhifə > Siyasət, Manşet > “TENİKABANK”DA YENİ HƏBS DALĞASI GÖZLƏNİLİR

“TENİKABANK”DA YENİ HƏBS DALĞASI GÖZLƏNİLİR


20-08-2013, 13:05
“TENİKABANK”DA YENİ HƏBS DALĞASI GÖZLƏNİLİR
BANKIN BEYLƏQANDAKI FİLİALINDA ŞOK MAXİNASİYALAR HƏYATA KEÇİRİLİB

DİA.AZ: - «Texnikabank»da (“Bank Technique”) yeni qalmaqallı həbslər gözlənilir. Bu barədə məlumatlı mənbədən DİA.AZ-a daxil olan məlumata görə son iki ildə «Texnikabank»ın Beyləqan rayon filialında külli miqdarda problemli kreditdlər yaranıb. Həmin problemli kreditlərin yaranmasına səbəb isə «Texnikabank»ın Beyləqan rayon filialının müdiri Bulud Aslanovun verilən kreditlərə qoyulan girovların qiymətini bir neçə dəfə şişirtməsidir.

Mənbəninin redaksiyamıza bildirdiyinə qiymətləri şişirdilmiş girovlarla “Texnikabank”ın Beyləqan rayon filialının müdiri Bulud Aslanov Beyləqan, Ağcabədi, İmişli, Füzuli rayonlarına külli miqdarda kredit verib. Qiymətləri şişirdilmiş girovlara görə isə Texnikabank»ın Beyləqan rayon filialının müdiri Bulud Aslanovun hər bir müştəridən 10 min manat «şapka» aldığı iddia olunur.

Hazırda həmin kreditlərin geri qaytarılması ilə bağlı ciddi problem yarandığı bildirilir. Belə ki, kreditorlar aldıqları krediti geri qaytarmaqdansa, qoyduqları girovu banka verməyə üstünlük verirlər. Həmin girovların qiyməti isə yuxarıda göstərildiyi kimi bir neçə dəfə aşağıdır və «Texnikabank» həmin girovları müsadirə etdiyi şəraitində müflis olmaq təhlükəsi daşıyır.

Mənbəninin bildirdiyinə görə bankın rəhbərliyi Bulud Aslanovun qarşısında verilmiş problemli kreditlərin ən qısa zamanda geri qaytarılmasını tələb edib. Əks-təqdirdə bank rəhbərliyi baş vermiş maliyyə maxinasiyaları ilə bağlı hüquq-mühafizə orqanlarınna müraciət edəcəyini gizlətmir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt