Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOVUN KADRLARI ÇƏTİN ANLARLA ÜZ-ÜZƏ
MİSİR MƏRDANOVUN KADRLARI ÇƏTİN ANLARLA ÜZ-ÜZƏ20-08-2013, 12:47 |
MİKAYIL CABBAROV ÖZÜNÜN HƏLLEİDİCİ ZƏRBƏSİNİ VURMAĞA TƏDARÜK GÖRÜR DİA.AZ: - Misir Mərdanovun ardından təhsil nazirliyinə rəhbər təyin edilən Mikayıl Cabbarovun davamlı olaraq kadr islahatları həyata keçirdiyi böyük rezonansla müşaiyət olunmaqdadır. Əslində hər kəs gənc nazirdən radikal islahatlar gözləsə də, prosesin təcridi xarakter daşıması ona olan ümidləri də kifayət qədər sarsıdır. Amma təbii ki, ən doğrusunu burada müəyyənləşdirmək o qədər də asan deyil. Elə DİA.AZ-a daxil olan məlumatlardan da anlaşılanı budur. Redaksiyamızı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, əslində Mikayıl Cabbarov nazir postuna təyin edildikdən sonra artıq özünün «qara siyahısını» müəyyənləşdirib. Mənbənin söylədikləri: «Hər halda Misir Mərdanovdan qalma korrupsioner şəbəkənin çökdürülməsi üçün əksər məmurların nazirlikdən atılmasına ehtiyac var. Amma göründüyü kimi bu o qədər də sadə deyil. Mikayıl Cabbarov konkret olaraq bir şəbəkə ilə - mafiyalaşmış, mafiya mahiyyətində olan bir şəbəkə ilə üz-üzə qalıb. Bu gün hələ də nazirlikdə dərslik siyasəti, tikinti sahəsi və digər bu kimi istiqamətlər məhz qeyd olunan mafiyanın nəzarəti altında olduğundan məlum şəbəkə asanlıqla təslim olmağı düşünmür». Mənbəmiz iddia edir ki, amma buna baxmayaraq birbaşa olaraq dövlət başçısının dəstəyini alan Mikayıl Cabbarov yaxın günlərdə iki şok dəyişikliyə imza atacaq: «Bu kadr islahatı böyük rezonans yaradacaq. Çünki nazirlikdə çalışanlardan birinin həbsinə belə nədən olacaq dəyişikliklə bağlı artıq qərar verilib». Geri qayıt |