Əsas Səhifə > Siyasət, Manşet > MİLLİ ŞURANIN VAHİD NAMİZƏDİYLƏ BAĞLI ŞOK İDDİA
MİLLİ ŞURANIN VAHİD NAMİZƏDİYLƏ BAĞLI ŞOK İDDİA20-08-2013, 12:18 |
RÜSTƏM İBRAHİMBƏYOV MOSKVADA HANSI MƏMURUN QARDAŞI İLƏ GÖRÜŞÜB DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, Milli Şuranın namizədi kimi tanınan, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov iki gün əvvəl Moskvada Bakıdan gələn «sirli bir qonağı» qarşılayıb. Mənbə iddia edir ki, həmin şəxs Azərbaycanda yüksək vəzifə tutan şəxslərdən birinin qardaşı olub və Rüstəm İbrahimbəyovla dostluq əlaqələri var. Məlumata görə, buna qədər də anoloji görüşlər olub: «Rejissorun qonağı olan şəxsin qardaşı kifayət qədər nüfuzlu məmurdur. Onların Bakıdakı seçkilərlə bağlı danışdıqları güman olunur». Onu da bildirək ki, Rüstəm İbrahimbəyovun müxalifliyinin səmimi olmaması ilə bağlı ilk başdan şübhələr var və bu barədə yetərincə bilgilər yayılıb. Mənbəmiz isə iddia edir ki, ümumiyyətlə, Rüstəm İbrahimbəyov əvvəlindən hakimiyyətdə anlaşmalı şəkildə hərəkət edib. Əgər belədirsə, o zaman bunun adına «FİLMİN SONU» da demək olar. Montaj bitdi… Geri qayıt |