Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDA "ÇEVRİLİŞ PULUNU" KİM MƏNİMSƏYİB?

AZƏRBAYCANDA "ÇEVRİLİŞ PULUNU" KİM MƏNİMSƏYİB?


20-08-2013, 10:46
AZƏRBAYCANDA "ÇEVRİLİŞ PULUNU" KİM MƏNİMSƏYİB?
ŞİMALDAN GƏLƏN İNQİLAB DALĞASINDA İLGİNC KORRUPSİYA ELEMENTLƏRİ

DİA.AZ: - Keçən günlərdə sabiq baş prokuror Eldar Həsənovun, Prezidentin İcra Aparatının sabiq əməkdaşı Eldar Namazovun, Azərbaycanın baş nazirinin keçmiş müavini Abbas Abbasovun, Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq rəisi Akif Muradverdiyevin və daha neçələrinin adının hallandığı bir qalmaqallı məqalə bütün mətbuatı silkələmiş oldu. Əslində bu, bir qəzet məqaləsindən daha çox faktların xronikası idi. Elə kemiş baş prokuror, hazırda bir neçə Şərqi Avropa ölkəsində diplomatik misssiyanı həyata keçirən Eldar Həsənovun məqalənin müəllifi Eynulla Fətullayevin üzərinə yeriməsi də faktların səhihliyi ilə bağlı müəyyən təəssüratlar yaratmış oldu.

AZƏRBAYCANDA "ÇEVRİLİŞ PULUNU" KİM MƏNİMSƏYİB?

Bildirək ki, həmin məqalədə yuxarıda adları çəkilənlərin rus xəfiyyəsinin projesində - Azərbaycanda dövlət çevrilişi layihəsində iştirakından bəhs edilirdi. Və ortada bir 20 milyon qalmaqalı da var idi ki, bu məbləğ hesabına rəsmi Bakının siyasi şəklinin dəyişdirilməsi nəzərdə tutulurdu. Hətta hazırki Azərbaycan prezidenti İlham Əliyevin həyatına sui-qəsdin edilməsinin belə nəzərdə tutulduğu qeyd olunan məqalədə o da vurğulanırdı ki, həmin plan, sadəcə olaraq rəsmi Bakının duyuq düşməsi nədənindən icradan yayındırılıb.

Amma ortada hələ də kifayət qədər ciddi suallar var ki, biz də redaksiya olaraq bu istiqamətdə müəyyən araşdırmalar apardıq. Elə keçən həftə diqqətinizə çatdırdığımız materialda da bildirmişdik ki, bu işdə Eldar Həsənovun adının hallandırılması təsadüfi deyil və artıq qələmi qırılmış keçmiş baş prokurorun hətta həbsi belə gözdən keçirilir.

AZƏRBAYCANDA "ÇEVRİLİŞ PULUNU" KİM MƏNİMSƏYİB?

Tam olaraq 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı hədəfə çevrilən və hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yolu ilə gedən Eldar Həsənovun özünü nümayəndəsi olduğu hakimiyyətin deyil, onunla bağlı məqalə yazan Eynulla Fətullayevin qarşısında məsuliyyətli hiss etməsi və prezidentə yox, mətbuata hesabat verməsi artıq onunla bağlı müəyyən durulmalara gətirib çıxarıb. Və bu barədə apardığımız araşdırmalar nəticəsində ortaya çıxan fakt da ilginc idi: Eldar Həsənov Bakıya gətiriləcək və həbs ediləcək. Hər halda, keçmiş baş prokurorun belə bir aqibətə rəva görülməsi heç də təsadüfi hesab oluna bilməz.

AZƏRBAYCANDA "ÇEVRİLİŞ PULUNU" KİM MƏNİMSƏYİB?

Bu barədə DİA.AZ-a daxil olan son informasiyalarda isə bildirilir ki, ortada həqiqətən də qaranlıq, şübhəli mənşəyə malik mənbələrdən ötürülən 20 milyon dolların indi kimin cibində olması və bu pulların hansı məqsədə yönəldiləcəyilə bağlı vacib suallar mövcuddur.

Məlumatlara görə, həmin vəsaitin böyük bir hissəsi Eldar Namazova qismət olub. Məlumatı verən mənbə bildirir ki, Eldar Namazov Milli Şuranı məhz həmin pullar hesabına bahalı ofisdə kirayənişin kimi tutmaqdadır. Faktdır ki, Milli Şuranın da qərarlaşdığı ofis Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxslərdən birinin qohumundan icarəyə götürülüb. Həmin ofisin icarəpulu isə son iki ayda Rəsul Quliyev tərəfindən yox, Eldar Namazov tərəfindən ödənib.

Bu barədə mənbə DİA.AZ-a açıqlamasında iddia edir ki, son aylarda kifayət qədər səxavətli olan Eldar Namazov həm də müxalifətin ayrı-ayrı tədbirlərinin, aksiyalarının, elə sonuncu bazar günü Bayıl qəsəbəsində keçirilən mitinqin də anna sponsoru kimi çıxış edib ki, bu pulların da qaynağı məhz dövlət çevrilişinə ayrılmış həmin 20 milyon dollardır.

AZƏRBAYCANDA "ÇEVRİLİŞ PULUNU" KİM MƏNİMSƏYİB?

Burada maraqlı bir məqam isə baş nazirin sabiq müavini Abbas Abbasovun proseslərdə iştirakıdır. Mənbə iddia edir ki, ayrılan pulların müəyyən hissəsinə sahiblənən Abbas Abbasov vəsaiti özünün Azərbaycandakı biznesinin çiçəklənməsinə yönəldib. Məlumatlara görə, bu günlərdə Akif Muradverdiyevin qollarının qandallanması da məhz həmin pul məsələsilə bağlı idi. Bildirilir ki, Muradverdiyev əslində ötürülən pulların paylaşdırılmasında əsas araçılardan biri olub və bu səbəbdən onun həbsinə qərar verilib.

Qeyd edək ki, bu məsələ ilə əlaqədar redaksiyamızda maraqlı bilgilər də var. Və yaxın vaxtlarda hər kəsi şoka salacaq həmin faktları sizinlə bölüşəcəyik. Biləcəksiniz ki, kimlər Bakıda hansı yolla siyasi pulları xırıd edib? Bizi izləyin.

Geri qayıt