Əsas Səhifə > Güney Press / Manşet > İQTİDAR PAYTAXTA HANSI KADRLARI TRANSFER EDİR?

İQTİDAR PAYTAXTA HANSI KADRLARI TRANSFER EDİR?


19-08-2013, 16:40
İQTİDAR PAYTAXTA HANSI KADRLARI TRANSFER EDİR?
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov prezident seçkilərindən sonra paytaxta gətiriləcək. Məlumatlara görə, onun Bakı ŞİH rəhbəri Hacıbala Abutalıbovun yerinə təyin edilməsi planlaşdırılır.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, ümumiyyətlə, prezident seçkilərindən sonra əyalətdən paytaxta total kadr transferi planlaşdırılır. Yəni məsələ tək Elxan Usubovun BŞİH rəhbəri vəzifəsinə gətirilməsilə kifayətlənmir.

Bilgili qaynağın iddia etdiklərinə görə, hazırda Ucar rayonuna rəhbərlik ejdən Yaşar Məmmədovun da eyni qaydada Bakıya yeni vəzifəyə gətirilməsi nəzərdə tutulub. Onun isə Xətai rayon icra hakimiyyətinin başçısı olacağını deyən mənbəmiz bildirir ki, hazırda sözügedən rayona rəhbərlik edən Razim Məmmədovun ümumiyyətlə, karyerasına nöqtə qoyulacaq. Bildirək ki, yaşar Məmmədov 2010-cu ildən Ucar rayonuna rəhbərlik edir.

Mənbə bildirir ki, hazırda Naftalan rayonuna rəhbərlik edən Natiq Aslanovun isə Bakının Suraxanı rayonuna icra başçısı gətirilməsi planlaşdırılır. Bildirilənə görə, 2010-cu ildən Naftalana başçılıq edən Aslanova himayə edənlər onun paytaxta çəkiləcək kadrlar sırasına düşməsinə səbəb olublar. Qeyd edək ki, Natiq Aslanov ən gənc icra başçısı hesab olunur. Onun cəmi 37 yaşı var.

Geri qayıt