Əsas Səhifə > Şou-biznes > FƏXRİYYƏ XƏLƏFOVA HARA, ƏJDAHA HARA?...

FƏXRİYYƏ XƏLƏFOVA HARA, ƏJDAHA HARA?...


9-01-2012, 10:57
FƏXRİYYƏ XƏLƏFOVA HARA, ƏJDAHA HARA?...

“BU MƏNİM YENİ LAYİHƏMLƏ BAĞLIDIR”

Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova Milli.Az-a verdiyi açıqlamasında səyahətlərindən danışdı.

"Mən hər Yeni İli isti ölkələrə səyahətə yollanırdım. Adətən, Dubaya, Misirə gedirəm. Bu artıq məndə bir adət halına çevrilmişdi. Lakin bu il çox təəssüf ki, Yeni İldə səyahətə yollana bilmədim.

Bu isə mənim yeni layihəmlə bağlıdır. Hal-hazırda kişilər üçün nəzərdə tutulan ətir üstündə çalışıram. İnşallah, bu yaxınlarda yeni ətrin təqdimatı keçiriləcək. Daha sonra isə qadınlar üçün ətir buraxmağı nəzərdə tuturuq. Bu səbəbdən də Yeni İli heç yerdə keçirə bilmədim", - deyə F.Xələfova bildirdi.

F.Xələfova səyahət etdiyi ölkələrdən də danışdı.

"Lakin Yeni İl qabağı bir çox səyahətlərim olub. Hindistana, Çinə və Dubaya səyahət etmişəm. Çində əjdahaya necə dəyər verdiklərini gördüm. Hətta marağımdan əjdahayla şəkil belə çəkdirdim. Bu ölkədə əjdaha simvolu çox aktualdır", - Fəxriyyə Xələfova dedi.

Modelyer Əjdaha ilinin ona uğur gətirəcəyinə inandığını qeyd etdi.


Geri qayıt