Əsas Səhifə > Siyasət, Manşet > KƏRƏM HƏSƏNOV VİDEOŞANTAJDAN NECƏ YAYINDI?
KƏRƏM HƏSƏNOV VİDEOŞANTAJDAN NECƏ YAYINDI?19-08-2013, 11:15 |
KOMİTƏ SƏDRİNİN ADAMLARI BAZARLIQDA 50 MİN MANAT PUL SAYIB DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı gizli çəkilmiş videogörüntülərin olması məlumatı bir neçə ay əvvəl mətbuata sızdırılsa da, sonradan bu istiqamətdə heç bir yenilik baş vermədi. Bildirək ki, həmin videolarının yayılacağı ilə bağlı DİA.AZ-a da informasiya verilmişdi. Bununla əlaqədar redaksiyamıza daxil olan informasiyada bildirilir ki, əslində gizli yolla çəkilmiş videomaterialın youtube.com vasitəsilə yayılması ilk əvvəl nəzərdə tutulsa da, sonradan Kərəm Həsənovun adamlarının müdaxiləsi ilə bunun qarşısı alınıb. Mənbənin söylədikləri: «Həmin ifşaedici çəkilişin mahiyyəti də bu səbəbdən ictimaiyyətdən gizli tutulur. Videomaterialı yayacağı vədini verən şəxs Kərəm Həsənovun adamları ilə bazarlığa gedib. Nə material olubsa, bunun ictimailəşməməsinin qarşılığında komitə sədrinin adamları nə az, nə çox düz 50 min manat pul veriblər». Mənbəmiz iddia edir ki, bundan sonra çəkilişin orijinalı Kərəm Həsənova çatdırılıb. Bununla da məsələ qapanıb. Onu da bildirək ki, olayla bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Videodisk bazarlığında iştirak edn ƏMDK işçiləri ilə bağlı dolğun bilgilərimiz də var ki, yaxın vaxtlarda onları da diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Geri qayıt |