Əsas Səhifə > Siyasət, Manşet > ELDAR HƏSƏNOV BAKIYA GƏTİRİLİB, HƏBS OLUNACAQ
ELDAR HƏSƏNOV BAKIYA GƏTİRİLİB, HƏBS OLUNACAQ16-08-2013, 12:35 |
KEÇMİŞ BAŞ PROKUROR BARƏSİNDƏ YAZILAN FAKTLAR CİDDİYƏ ALINA BİLƏR DİA.AZ: Rumıniyadakı səfir postunjdan geri çağrılmasının ardından keçmiş baş prokuror Eldar Həsənovun Bakıda yüksək posta gətiriləcəyi haqda məlumatlar yayıldı. Amma bu baş vermədi. Əksinə, çox keçmədi ki, Eldar Həsənovun adı çox ciddi ittihamların hədəfi kimi diqqətə gəldi. Söhbət bu günlərdə yerli mətbuatda səslənən faktlardan gedir. Hətta bu işdə prezident İlham Əliyevə sui-qəsd planının hazırlanması, Azərbaycanda dövlət çevrilişi üçün 20 milyon dolların müxtəlif şəxslərə ötürülməsi, habelə Eldar Həsənov, Eldar Namazov, Akif Muradverdiyev kimi zamınanda iqtidar düşərgəsində mühüm yer tutmuş şəxslərin belə məlum prosesə cəlb edilməsi məsələnin kifayət qədər ajiotajla müşaiyət olunmasına gətirib çıxardı. Doğrudur, sonradan Eldar Həsənov yazıda səslənən ittihamlara cavab verərək, deyilənləri böhtan adlandırdı. Amma fakt faktlığında qalır və bunun belə olduğunu özünün təkzibində kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirməsilə də Eldar Həsənov ortaya qoymuş oldu. Nə baş verir? Doğrudandamı, Eldar Həsənov yeni dövlət çevrilişi ssenarisində iştirakçı olub? Doğrudandamı, «sabiqlərin üsyan planı» işlənilib? Bildirək ki, bununla bağlı DİA.AZ-a olduqca maraqlı informasiyalar daxil olub. Əldə etdiyimiz bilgilərdən aydın olur ki, əslində Eldar Həsənovun təkzibinə nədən olan bu məqalədə səslənən ittihamların böyük əksəriyyətinin həqiqət payı var. Bu barədə danışan mənbə bir xeyli məqamları da açıqladı. İlk əvvəl başlayaq Eldar Həsənovun reaksiyasından. Məlumatlı mənbə iddia edir ki, əslində Eldar Həsənov hələ də diplomatik missiya daşıdığından onun hər hansı məsələ ilə bağlı xarici işlər nazirliyinin icazəsi olmadan açıqlama verməsinin, fikir yürütməsinin özü belə qanunsuzdur: «Artıq bu məsələ də müzakirə olunub və hətta xarici işlər naziri Eldar Həsənova iradlarını bildirib, xəbərdarlığını edib. Yəni səfirlər XİN-in icazəsi olmadan açıqlama verə bilməz. Bunu isə Eldar Həsənov yaxşı bilirdi». Deməli, o, açıqlama vermək zorunda qalıb. Bunu da mənbəmiz deyir və bildirir ki, hətta bu halda belə Eldar Həsənov heç nəyi dəyişməyəcək: «Bu faxta qədər mətbuatda Eldar Həsənovla bağlı müxtəlif ittiham dolu materiallar çıxıb. Amma keçmiş baş prokuror hər dəfəsində susub? Nədən indi danışdı? Nədən bu dəfə reaksiya bildirmək zərurəti hiss etdi? Faktdır ki, bu gün Eldar Həsənovun adına internetdə axtarış vuranda bu kimi ittihamlarla zəngin yüzlərlə materiala rast gəlmək olar. Amma Eldar Həsənov heç birini cavablamayıb. Hətta bu ittihamlar arasında onun zamanında Heydər Əliyevə xəyanət etməsi faktları da yer alıb. Amma o, susub. Bəlkə də həmin ittiham dolu yazılarda jurnalist təxəyyülü daha çox rol oynayıb. Amma bu dəfə deyəsən, həmin səs-küylü məqalənin müəllifi olan tanınmış jurnalist Eynulla Fətullayev düz doqquzluğa vurub. Və belədir ki, Eldar Həsənovun qanunları tapdayaraq cavab haqqından istifadə etməsi zərurəti yaranıb». Mənbəmiz iddia edir ki, məsələnin ən ilginc tərəfi isə odur ki, Eldar Həsənov normalda eyni məzmunlu məktubunu, amma daha səmimi şəkildə dövlət başçısına və özü də məxfi formada ünvanlamalı, hesabat verməli idi: «Əgər zəruri idisə. Əgər Fətullayevin məqaləsində yazılanlar doğru idisə. Amma Eldar Həsənov dövlət başçısına hesabat vermək əvəzinə Eynulla Fətullayevə cavab vermək fikrinə üstünlük verir ki, bu da məsələni, ittihamları üzərindən yayındırma cəhdindən başqa bir şey deyil. Qeyd edək ki, eyni üsuldan zamanında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də istifadə etmişdi. O da mətbuat qarşısında hesabat verdi, hətta mətbuata müraciət edərək həyatının təhlükədə olduğunu bildirdi, ictimaiyyətdən kömək istədi. Halbuki həmin ərəfədə Fərhad Əliyev üçün ən doğru olanı məhz eyni fikirləri, amma daha səmimi formada prezidentə çatdırması idi. Bunlar baş vermədi və Fərhad Əliyevin aqibəti bəlli olduğu kimi onun məhbəs həyatı yaşaması ilə nəticələndi». Mənbəmiz iddia edir ki, məhz açıqlanan faktlarla bağlı neçə müddətdir ki, müvafiq ldövlət qurumları araşdırma aparırlar: «Ola bilsin ki, yaxın günlərdə qərar verilsin. Hər seçki ərəfəsində bu tipli olaylar yaşanılır ki, bu da əslində Azərbaycana olan kənar güclərin xüsusi diqqətinin təzahürü kimi qəbul olunmalıdır. Necə ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində səs-küylü həbslər həyata keçirildi, indi də oxşar hadisələr yaşanıla bilər». Mənbəmizin sözlərinə görə, bu ayın sonu Eldar Həsənovun Bakıya gəlməsi gözlənilir: «Onun Bakıya gətirilərək diplomat səlhiyyətlərinin ləğv edilməsi, həmçinin barəsində həbs qərarının çıxarılması da gözlənilir. Hələlik yekun qərar verilməsə də, belə bir hadisənin tədarükünə, müzakirələrə start verilib». Araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləyin… Geri qayıt |