Əsas Səhifə > Gündəm, Manşet > İQTİDAR MÜXALİFƏTİ NECƏ MƏĞLUB DURUMA SALDI?

İQTİDAR MÜXALİFƏTİ NECƏ MƏĞLUB DURUMA SALDI?


16-08-2013, 11:48
İQTİDAR MÜXALİFƏTİ NECƏ MƏĞLUB DURUMA SALDI?
PREZİDENT SEÇKİLƏRİNƏ QƏDƏR CƏRƏYAN EDƏN OLAYLARIN ŞOK TƏFƏRRÜATI

DİA.AZ: - «Putinin Bakıya gəlişinin ardından Milli Şuranın yaratdığı ajiotajın səngiməsi, əslində bu ideyanın müəllifliyinin Rusiyada olmasının bariz sübutu kimi qəbul olunmalıdır». Bu açıqlama DİA.AZ-a hökumətdəki mənbədən daxil olub. Qaynaq bildirir ki, Putin Azərbaycan hakimiyyəti ilə dil tapdığından Milli Şura hətta fəaliyyətini dayandıra da bilər.

Onu da bildirək ki, DİA.AZ-a bununla bağlı digər qaynaqlardan da maraqlı informasiyalar ötürülüb. Məsələn Müsavata yaxın mənbə iddia edir ki, yaxın günlərdə ya İctimai Palatanın, ya da «Bizim Azərbaycan» bloku formatında yeni bir birliyin fəallaşdırılması hadisəsi baş verəcək: «Bunu heç Müsavat Partiyasının rəhbərliyi gizlətmir. Və bir neçə dəfə keçmiş «Bizim Azərbaycan» blokuna daxil olan partiyalar bir araya da gəliblər».

Digər bir qaynaqdan daxil olan informasiyada isə qeyd olunur ki, əslində Müsavat Partiyası sona qədər səbr etməkdə «ümummüxalifət düşərgəsinin düşməninə» çevrilməmə niyyətini ortaya qoyur: «Bunu elə müsavatçıların da dillərindən, hadisələrə reaksiyalarından duymaq olar. Ehtiyatlı davranışın, ehtiyat namizəd ideyasına ehtiyatlı mövqe nümayişinin tək nədəni budur».

Onu da qeyd edək ki, hökumətə yaxın bir başqa qaynaq isə olduqca maraqlı bir məlumatı DİA.AZ-a ötürüb. Mənbə iddia edir ki, ümumiyyətlə, bütün bu hadisələr əvvəlindən bəlli idi: «Müxalifət hakimiyyətin istədiyi müstəvidə oynadı və uduzdu. İndi tək qalanı seçki prosesinin sürətlə yola verilməsidir. Müxalifətin birliyi isə dağılacaq. Müsavat Partiyası seçkilərə qatılacaq. AXCP isə yenə də boykot qərarını verəcək. Bütün bunlar isə qabaqcadan planlaşdırılıb. Həm Rüstəm İbrahimbəyov və həm də Eldar Namazov bir aktyor kimi rollarını yaxşı ifa etdilər».

Geri qayıt