Əsas Səhifə > Sosial, Manşet > ƏBÜLFƏS QARAYEVİN BÖYÜK YEYİNTİSİ

ƏBÜLFƏS QARAYEVİN BÖYÜK YEYİNTİSİ


6-01-2012, 13:53
ƏBÜLFƏS QARAYEVİN BÖYÜK YEYİNTİSİ

2 MİLYARD MANAT QUSARDA HAVAYA NECƏ SOVRULUR?

DİA.AZ: - Məlum olduğu kimi, Qusarda Qış Olimpiya Kompleksinin tikintisinə ümumilikdə 2 milyard manat sərmayə qoyulacaq. Bu barədə mətbuata açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, Qusarda Qış Olimpiya Kompleksinin tikintisi sosial layihə kimi böyük əhəmiyyət kəsb edir və işsizliyin azaldılmasına böyük təsir göstərəcək.

Ekspertlər isə layihənin sosial və iqtisadi aspekdən heç bir səmərə verməyəcəyini deyirlər. Hökumətin böyük neft pullarını müxtəlif istiqamətlərə geninə-boluna xərcləməsi anormal bir haldır. Bu layihələrə ayrılan vəsaitlərin məbləği çox şişirdilir. Qusarda Şahdağ Qış Olimpiya Kompleksinin tikilməsini də belə şişirdilmiş layihələrdən saymaq olar. Bir Qış Olimpiya Kompleksinin tikilməsi üçün 2 milyard manat vəsaitin ayrılması dəflərlə çoxdur. Üstəlik bu layihənin iqtisadi səmərəliliyi şübhə altındadır.

Azərbaycan hökumətinin Qusarda Qış Olmpiya Kompleksinə yatırdığı 2 milyard manat vəsaiti çıxarmasına illər lazım olacaq. Çünki bu Olimpiya Kompleksinin dünyanın tanınmış dağ xizəkçilik mərkəzləri ilə rəqabətə girəcək səviyyədə olmayacaq. Layihədən görünür ki, burada turizmin xidmət sahələrinin sayı çox məhduddur. Belə halda xarici turistlərin tanınmış və turizmin bir neçə sahəsi üzrə xidmət təklif edən dağ xizəkçilik mərkəzlərini qoyub Azərbaycana gələcəyi inandırıcı deyil. Bu Olimpiya Kompleksinə turist axınının olacağını gözləmək gülünc olduğundan, Kompleksin tikintisinə böyük neft pullarının xərclənməsi təəssüf doğurur.


Geri qayıt