Əsas Səhifə > Sosial, Manşet > SÖYÜN SADIXOV JURNALİSTLƏRƏ BİNA TİKƏCƏKMİ?

SÖYÜN SADIXOV JURNALİSTLƏRƏ BİNA TİKƏCƏKMİ?


15-08-2013, 13:20
SÖYÜN SADIXOV JURNALİSTLƏRƏ BİNA TİKƏCƏKMİ?
PUTİNİN NÜMAYƏNDƏSİ PUTİNİN SƏFƏRİNDƏN RUHLANARAQ BAKIYA GƏLİR

DİA.AZ: - Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti, iqtisad elmləri namizədi, biznesmen, Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov Bakıya gəlməyə hazırlaşır. Bu məlumatı DİA.AZ-a Rusiyadakı soydaşlarımız verib.

Onu da bildirək ki, hətta bəzi qaynaqlar Söyün Sadıxovun Rusiyanın prezidenti Putinlə birgə Bakıya gəldiyini də iddia edirlər və onun hələ də Bakıda olduğu bildirilir.

Amma Rusiyadakı soydaşlarımızın redaksiyamıza söylədiklərindən belə aydın olur ki, Söyün Sadıxov Bakıda deyil, amma Bakıya gəlməyə hazırlaşır. Mənbə iddia edir ki, Putinin nümayəndəsinin Azərbaycana gəlməsi onun Bakıdakı obyektlərinin taleyilə bağlıdır.

Xatırladaq ki, Söyün Sadıxov bir neçə gün əvvəl jurnalistlər üçün Hövsanda bina tikəcəyini də bəyan etmişdi. Bildirilənə görə, Bakıya nəzərdə tutulan səfərində Söyün Sadıxov bu məsələ ilə bağlı da hərəkət edəcək.

Geri qayıt