Əsas Səhifə > Gündəm, Manşet > PUTİNİN BAKI SƏFƏRİ HAKİM MEDİANI DA DƏYİŞDİ
PUTİNİN BAKI SƏFƏRİ HAKİM MEDİANI DA DƏYİŞDİ15-08-2013, 11:39 |
KREMLİ TOP ATƏŞİNƏ TUTANLAR MOSKVA-BAKI DOSTLUĞUNU VƏSF EDİR DİA.AZ: - Putinin Bakı səfərinin ardından Azərbaycanla Rusiya arasındakı münasibətlər də qaydasına düşüb. Bunu elə hakimiyyət mətbuatına gələn təlimatdan da duymaq mümkündür. DİA.AZ-a hökumət içindəki mənbələrdən daxil olan informasiyada bildirilir ki, Putinin Azərbaycana gəlişinin ardından bütün iqtidar mediasına eyni şəkildə təlimat verilib. Mənbənin söylədikləri: «Təlimatda deyilir ki, artıq Rusiyanın əleyhinə olan yazılar dayandırılmalıdır». Qeyd edək ki, buna qədər, yəni Putinin Bakıya gəlişinə qədər Rusiya, Kreml hakimiyyətinə qarşı hakimiyyət mediasında silsilə materiallar yerləşdirilirdi və hətta ruslar Azərbaycan müxalifətini dəstəkləməkdə də ittiham olunurdu. İndi isə həmin məqalələrin yerini «Rusiya Azərbaycanın əsas tərəfdaşıdır», «Rusiya ilə Azərbaycan arasında ticari əlaqələr güclənir» və s. digər bu kimi başlıqlı materiallar yerləşdirilməkdədir. Geri qayıt |