Əsas Səhifə > Ölkə > RÖVNƏQ ABDULLAYEV İTİRƏ-İTİRƏ GEDİR (YENİLƏNDİ)

RÖVNƏQ ABDULLAYEV İTİRƏ-İTİRƏ GEDİR (YENİLƏNDİ)


6-01-2012, 13:22
RÖVNƏQ ABDULLAYEV İTİRƏ-İTİRƏ GEDİR (YENİLƏNDİ)

ARDNŞ-İN TİBB OBYEKTLƏRİ SƏHİYYƏ NAZİRLİYİNƏ VERİLDİ

Azərbaycan Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə müəssisələri ilə bağlı sərəncam verib.

Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, habelə Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Sərəncama əsasən, Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib.

Sərəncamda Səhiyyə Nazirliyinə tapşırılıb ki, adı çəkilən xəstəxana və müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün.



ƏLAVƏ

Azərbaycan Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan binalar və yataqxanaların Bakı şəhər İcra Hakimiyyətinin balansına verilməsi barədə sərəncam verib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib.


Geri qayıt