Əsas Səhifə > Sosial, Manşet > MƏHƏRRƏM ƏLİYEV YENİDƏN DİPLOMAT OLUR

MƏHƏRRƏM ƏLİYEV YENİDƏN DİPLOMAT OLUR


27-09-2011, 13:01
MƏHƏRRƏM ƏLİYEV YENİDƏN DİPLOMAT OLUR

KEÇMİŞ POLİS RƏİSİNİN ARZUSU ÜRƏYİNDƏ QALDI

DİA.AZ: - Tacikistandakı diplomatik missiya müddəti başa çatdıqdan sonra Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevlə bağlı yerli mətbuatda müxtəlif səpgili məlumatlar yenidən intensiv şəkildə yayılmağa başladı. Onun nazir postuna gətiriləcəyini söyləyənlər də oldu, icra başçısı getməyə hazırlaşdığını bildirənlər də.

Doğrudur, həm özünün mətbuata verdiyi açıqlamasından və həm də qardaşı, deputat Adil Əliyevin söylədiyi fikirlərdən belət aydın olurdu ki, Məhərrəm Əliyev həqiqətən də Bakıda qalmaq arzusundadır.

Amma deyəsən, kimlərsə onun Bakıda qalmasını istəmirlər və keçmiş polis rəisini Azərbaycandan daha da uzaqlara göndərmək niyyətindədirlər. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia.az) daxil olan məlumatlarda qeyd olunur ki, Məhərrəm Əliyevin yenidən səfir kimi fəaliyyət göstərməsi barədə qərar verilib:

«Doğrudur, bu qərarın verilməsində Məhərrəm Əliyevə əks qütbdə dayanan qüvvələr xeyli çalışıblar. Amma qərar onların təsiri altında verilməyib».

Mənbəyə görə, əslində Məhərrəm Əliyev bir çox iqtidariçi qüvvələr üçün dondurulmuş intriqaların katalizatoru funksiyasını daşıyır: «Diqqət yetirdinizsə, Bakıya dönər-dönməz sabiq polis rəisi «kimlərsə mənə qarşı kampaniya aparır», «mən onlara qoşulmayacam» şəklində müəmmalı və eyni zamanda mahiyyətində bir intriqabazlıq yatan açıqlamalarda bulundu».

Məhz bu açıqlamaları ilə də siyasi hakimiyyətə nələri vəd etdiyi və yaxud da nələri bəxş edə biləcəyi aydın olan Məhərrəm Əliyevlə bağlı yekun qərarın verildiyini söyləyən iqtidariçi qaynağın sözlərinə görə, sabiq polis rəisi yenidən xarici ölkələrin birinə səfir göndəriləcək:

«Hələlik onun hansı ölkəyə səfir gedəcəyi məlum deyil. Amma məlum olanı odur ki, keçmiş polis rəisi bu dəfə Yaxın Şərq istiqamətində fəaliyyət göstərməli olacaq».

Geri qayıt