Əsas Səhifə > Güney Press / Manşet > AQİL DADAŞOVUN EVİNƏ BASQININ ŞOK TƏFƏRRÜATI

AQİL DADAŞOVUN EVİNƏ BASQININ ŞOK TƏFƏRRÜATI


14-08-2013, 17:51
AQİL DADAŞOVUN EVİNƏ BASQININ ŞOK TƏFƏRRÜATI
DİA.AZ: - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Aqil Dadaşovun evinə edilən basqın və basqın zamanı onun həyat yoldaşının qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatlarını öyrənə bilmişik.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, cinayətkarlar Aqil Dadaşovun Hölməlidəki evinə basqın ediblər və onlar öz cinayətkar əməllərini sat 13.00 radələrində həyata keçiriblər.

Cinayətkarların basqın zamanı kimsənin evdə olmadığı qənaətində olduğu güman edilir. Və Aqil Dadaşovun xanımı 1955-ci il doğumlu Elmira Xəlilqızı təsadüfən onların qarşısına çıxıb ki, nəticədə bir neçı bıçaq zərbəsindən sonra onu qətlə yetiriblər.

Hələlik evdən nələrin aparıldığı bilinmir. Faktla əlaqədar cinayət işi açılıb, cinayətkarların təqibinə başlanılıb.

Geri qayıt