Əsas Səhifə > Cəmiyyət > FIRILDAQÇI DƏSTƏ YAXALANIB

FIRILDAQÇI DƏSTƏ YAXALANIB


6-01-2012, 12:58
FIRILDAQÇI DƏSTƏ YAXALANIB

ONLAR ETİMADDAN YARARLANIB KÜLLİ-MİQDARDA GƏLİR ƏLDƏ EDİBLƏR

Dələduzluqla məşğul olan qrup zərərsizləşdirilib.

Trend-in cümə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,
yanvarın 3-də Nazilə Hüseynova polisə ərizə ilə müraciət edərək həmin gün saat 13.00 radələrində naməlum şəxs tərəfindən aldanılaraq ondan 60 manat pul və qızıl əşyalarını almağa cəhd göstərməsini bildirib.

Baş Cinayət-Axtarış İdarəsi və Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Mercedes-190" markalı avtomaşının sürücüsü, Səngəçal qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elnur Qəribov və Lökbatan qəsəbə sakini Azad Məhərrəmov, habelə onlarla birgə avtomaşında olan Bakı şəhər sakinləri Fərhad Əliyev, Səkinə Həbibli və Mehman Nəsirov Lənkəran rayonu ərazisində saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Valentina Cukovanın, Xanım Əliyevanın, Məlahət Tağıyevanın, Firuddin Fətullayevin, İsa Mənsimovun, Həbibə Əkbərovanın və Səxavət İbadovun etimadlarını qazanaraq onlardan pul və qızıl əşyaları almaları da müəyyən edilib.

Geri qayıt