Əsas Səhifə > Güney Press / Manşet > AĞSTAFADA SARAYDAXİLİ ÇƏKİŞMƏ BİTİR
AĞSTAFADA SARAYDAXİLİ ÇƏKİŞMƏ BİTİR14-08-2013, 14:55 |
|
RAMİZ TATAROV İCRA BAŞÇISI NOKAUTA SALA BİLDİ DİA.AZ: - Daha bir rayonun rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a Ağstafa rayon icra hakimiyyətindən məlumat verilib. Qaynaq iddia edir ki, rayon rəhbəri Məhərrəm Quliyev seçkilərə qədər vəzifəsindən alınacaq və onun yerinə hazırda icra başçısının birinci müavini postunu tutan Ramiz Tatarov təyin ediləcək. Xatırladaq ki, uzun müddət idi hər iki məmur arasında böyük konfliktin yaşanması haqda xəbərlər dolaşmaqda idi və hətta bildirilirdi ki, məmurlar arasındakı münasibətlər yumruqlaşma həddinə qədər çatıb. Son xəbərlərdən isə aydın olur ki, birinci müavinin yumrucu başçının yumrucundan daha samballı olub. Mənbənin bildirdiyinə görə, Ramiz Tatarovun başçı gətirilməsi birbaşa olaraq Prezident Administrasiyası rəhbərliyi tərəfindən dəstəklənib. Geri qayıt |