Əsas Səhifə > Sosial / Manşet > В«BANK OF BAKUВ» HANSI BANKA QARŞI FƏALİYYƏTDƏDİR?
В«BANK OF BAKUВ» HANSI BANKA QARŞI FƏALİYYƏTDƏDİR?14-08-2013, 10:30 |
![]() ELMAN RÜSTƏMOVUN DA XƏBƏRDAR OLDUĞU BANKLARARASI DÜŞMƏNÇİLİK DİA.AZ: - В«Azərbaycanın bank sektorunda ciddi qarşıdurma varВ». Bu barədə şok xəbəri DİA.AZ-a çatdıran Mərkəzi Bankdakı mənbənin iddialarından belə aydın olur ki, ayrı-ayrı məmurların himayəsi altında olan banklar arasındakı rəqabət heç də sağlam xarakter daşımır və hətta düşmənçilik həddinə çatan bu atmosferdə bəzi hallarda dövlətin qanunları belə ayaqlar altına atılır. Mənbənin redaksiyamıza söylədiklərindən belə başa düşülür ki, Mərkəzi Bank rəhbərliyinin də kifayət qədər məlumatlı olduğu bu mühitdə əsas oyunçulardan biri В«Bank of BakuВ»nun sahibləridir: В«Bu bankın adı dəfələrlə müxtəlif qalmaqallarda çəkilib. Amma bu gün faktiki olaraq В«Bank of BakuВ» özünə rəqib kimi gördüyü bir neçə qarşı xüsusi kampaniya həyata keçirir. Bu kampaniya həm dövrü mətbuatda və həm də В«yuxarılaraВ» ötürülən В«donosВ» xarakterli materiallarda özünü əks etdirirВ». Xatırladaq ki, В«Bank of BakuВ»nun В«əskisi hər zaman tüstülü olubВ». Belə ki, məşhur В«VikiLiksВ» təşkilatının açıqladığı məxfi qrifli sənədlərdə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən В«Bank of BakuВ» İranın xüsusi xidmət orqanlarına yaxın bir bank qurumu kimi təqdim olunmaqla yanaşı, bu bankın fars-molla rejiminin Azərbaycandakı xəfiyyə şəbəkəsinin əsas maliyədarı rolunda çıxış etməsi də xüsusi olaraq vurğulanmışdı. Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, В«Bank of BakuВ» bu gün konkret olaraq В«UnibankВ»ın fəaliyyətinin dayandırılması üçün ciddi fəaliyyətdədir və hətta bu məqsədinə çata bilməsi üçün ciddi məbləğdə vəsait xərcləyir. Mənbənin iddialarına görə, bu məsələdən Mərkəzi Bankın şefi Elman Rüstəmov da kifayət qədər bilgilidir və hətta demək olar ki, konflikt MB rəhbərliyinin himayəsi altındadır. Yəni MB rəhbərliyi baş verənləri ən azıündan susması ilə təqdir etdiyini ifadə etməkdədir. Onu da bildirək ki, bilgili qaynaq redaksiyamıza banklar arasındakı düşməçiniliyin səbəbləri və detalları ilə bağlı olduqca maraqlı faktları təqdim edib. Həmin informasiyaları da geniş araşdırma yazısının tərkibində diqqətinizə çatdıracağıq. Bizi izləyin… Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |