Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOV NƏDƏN SORĞU-SUALA TUTULASI OLUB?
CAVİD QURBANOV NƏDƏN SORĞU-SUALA TUTULASI OLUB?14-08-2013, 09:51 |
ELÇİBƏYİN KADRI KİMİ TANINAN «AZƏRYOLSERVİS» ŞEFİNƏ QARŞI ŞÜBHƏLƏR DİA.AZ: - Bir neçə gün əvvəl «Azəryolservis» ASC-nin prezidenti, deputat Cavid Qurbanovla bağlı ilginc faktları diqqətinizə təqdim etdik və bir sıra maraqlı məqamlara aydınlıq gəlmiş oldu. Xəbərimizdə bildirmişdik ki, yeni faktları da yaxın vaxtlarda açıqlayacağıq. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, AXC iqtidarı dönəminin kadrı kimi tanınan və sonradan hazırki nəqliyyat naziri Ziya Məmmədovun himayəsi altında mövqelərini qoruyaraq, indiki məqamına qədər yüksəlməyi bacaran Cavid Qurbanov hətta zamanında mərhum prezident Heydər Əliyevin də qəzəbinə tuş gəlib ki, bu barədə yerli mətbuatda yetərincə yazılıb. Məlumatlı mənbə redaksiyamıza maraqlı bir faktı da açıqlayıb. Mənbənin söylədikləri: «Bu günlərdə, təxminən iki ay öncə Cavid Qurbanovdan Prezident Administrasiyası tərəfindən bir neçə suala cavab istənilib. Maraqlıdır ki, bu suallarla ASC prezidentindən siyasi hakimiyyətin şübhəli olduğu qənaəti formalaşıb və ona olan etimad yükünün kifayət qədər zərbə gördüyü müəyyənləşib». Mənbə iddia edir ki, Cavid Qurbanovun müxalifətlə, yəni keçmiş silahdaşları ilə münasibəti barədə izahat istənilib və hətta ondan partiya sədrlərindən birin davamlı şəkildə maliyyə yardımı göstərməsi barədə də suallar ünvanlanıb: «Cavid Qurbanovun bu məsələ ilə əlaqədar danışdırılması ciddi hadisədir. Hələlik onunla massa ətrafında danışılır. Amma mümkündür ki, bu şübhələr həbsə də gətirib çıxarsın. Çünki Prezidentin İcra Aparatının işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev məhz bu kimi münasibətlərinin güdazına gedib». Qarşı tərəfi də dinləməyə hazırıq. Məsələyə yenə qayıdılacaq. Əlavə məlumatlar var… Geri qayıt |