Əsas Səhifə > Cəmiyyət > METYU BRAYZA “QAYIDACAM” DEDİ

METYU BRAYZA “QAYIDACAM” DEDİ


5-01-2012, 16:45
METYU BRAYZA “QAYIDACAM” DEDİ

BRAYZA DÖVLƏT QULLUĞUNU TƏRK ETMƏYİ PLANLAŞDIRIR

Yanvarın 3-də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza diplomatik missiyasının başa çatması ilə əlaqədar ölkəni tərk edib. Bu barədə Turana səfirlikdən bildiriblər. Yeni səfir təyin edilənədək səfirliyin rəhbəri vəzifəsini müvəqqəti işlər vəkili Adan Sterlinq icra edəcək.

Xatırladaq ki, Senatda senatorlar Bokster və Menendes Brayzanın namizədliyini blok etmişdilər. Prezident Obama Brayzanın namizədliyini irəli sürsə də, Senatda bu məsələ ilə bağlı səsvermə keçirilməyib.

Qeyri-rəsmi mənbələrdən Turana daxil olan məlumata görə, Brayza dövlət qulluğunu tərk etməyi planlaşdırır. Lakin səfirlik bu məlumatı təkzib edib.

Metyu Brayza Azərbaycan tarixində Amerikanın ən qısamüddətli səfiri olaraq qalacaq. Xatırladaq ki, indiyədək Azərbaycanda bütün ABŞ səfirləri 3 işləyiblər: Riçard Mayls (1992-1993), Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rina Harniş (2003-2006), Enn Ders (2006-2009).


Geri qayıt