Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOV AXTARIŞDA OLAN ADAMINI GİZLƏDİR
CAVİD QURBANOV AXTARIŞDA OLAN ADAMINI GİZLƏDİR12-08-2013, 15:36 |
![]() DİA.AZ: - Keçən günlərdə В«AzəryolservisВ» ASC-nini prezidenti Cavid Qurbanovun nəqliyyat naziri postuna gətirilməsilə bağlı plandan xəbər vermişdik. Bildirmişdik ki, hazırda NN şefi görəvini daşıyan Ziya Məmmədovun isə bu plana uyğun olaraq baş nazir vəzifəsinə önə sürülməsi gözlənilir. Bu gün isə DİA.AZ-a Cavid Qurbanovla bağlı olduqca maraqlı məlumatlar ötürülüb. Həmin məlumatlardan bəzilərini diqqətinizə çatdırırıq: В«Cavid Qurbanov əslində bu hakimiyyət üçün В«yad elementВ» hesab olunur. Elə buna görə də zaman-zaman ona qarşı hücumlar intensiv xarakter alıb. Hətta ayrı-ayrı dövlət orqanları üçün Cavid Qurbanovun В«kantoruВ» В«yağlı tikəВ» rolunu da oynayıb. Hətta belə də olub ki, pulu qurtaran Cavid Qurbanovun üstünə qaçıb. Onunla bağlı isə kifayət qədər qaranlıq məqamlar var. Bəlkə də bu işlərin üstü on illərdən sonra açılacaq. Amma indi araşdırılsa, Cavid Qurbanov milyonlarla manat dövlət vəsaitinin yeyintisində iştirakına görə məsuliyyətə cəlb olunmalıdır. Amma ona toxunan yoxdur. İlk əvvəl Ziya Məmmədovun himayəsi altında olan bu adam sonradan daha yuxarıların da etimadını qazana bilib. Bir növ köhnə bəy ənənələrini yaxşı bilən Qurbanov bu gün özünə münasib bir çevrə formalaşdıra bilib. Ona görə də hansı nazirliyin işi tənqid olunsa da, hansı dövlət qurumunun adı mənfiyə doğru çəkilsə də, Cavid Qurbanovun В«kantoruВ» Milli Məclisdə də toxunulmazlıq həddindədir. Bu heç də Cavid Qurbanovun da cibində mandat gəzdirməsilə əlaqədar deyil. Qurbanov dost olmağı bacaranlardandır və bu gün heç bir deputat yoldaşı ondan şikayət edə bilməzВ». Daha sonra mənbəmiz Cavid Qurbanovun В«itkin düşənВ» sürücüsü ilə bağlı maraqlı məqamları açıqlayıb: В«Təbii ki, bu məsələ ASC prezidenti üçün böyük zərbə oldu. Yetərincə pulundan keçdi ki, üzərindəki damğanı təmizləyə bilsin. Ən azından rəqibləri bu işi yönəltməyə çalışdılar. Hələ də Cavid Qurbanovun В«İran agentiВ» damğasını almış sürücüsü yoxa çıxıb. Onun adı başqa şübhəli olaylarda da hallandırılır ki, bui şin də bir ucu elə deputatın adına calanırВ». Mənbəmiz bu arada şok iddia səsləndirir: В«Bu gün Azərbaycanın təhlükəsizlik qüvvələri В«LənkəraniВ» ayamalı sürücünü axtarırlar. Amma onun yeri əksəriyyətə məlumdur. Və kimsə dinə bilmir. Çünki o, elə Cavid Qurbanovun himayəsi altındadırВ». Davamı olacaq. Bizi izləyin… Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |