Əsas Səhifə > Gündəm, Manşet > HACIQABULDA SAHİBKAR ÜSYANI: NARAZILIQ VAR
HACIQABULDA SAHİBKAR ÜSYANI: NARAZILIQ VAR12-08-2013, 12:03 |
DİA.AZ: - Hacıqabulda sahibkarların üsyanı baş verə bilər. DİA.AZ bildirir ki, bu barədə "tia.az" portalı xəbər yayıb. Verilən məlumata görə, rayonun icra başçısı ilə köməkçisi əlbir olaraq, iş adamlarına gün verib, işıq vermirlər. Redaksiyamıza müraciət edən sahibkarlar bildiriblər ki, icra başçısı Əhməd Muxtarov köməkçisi Afiq Kərimovla birlikdə iş adamlarına məxsus obyektlərin bir qismini sökdürməyə başlayıblar. Məlumatda vurğulanır ki, sözügedən dövlət rəsmilərinin belə bir addım atmalarına səbəb heç də yenidənqurma və ya bərpa işləri ilə bağlı deyil. Əksinə, onlar daha çox pul qazanmaq məqsədi ilə belə bir addım atıblar. Belə ki, Əhməd Muxtarov və Afiq Kərimov sahibkarlardan əvvəlki illərə nisbətən daha çox pul tələb edirlər. Bu isə narazılığın yaranmasına gətirib çıxarıb. Məlumatlarda vurğulanır ki, icra başçısı və köməkçisi artıq bir sıra sahibkarların işlətdikləri obyektlərin qarşısının pis olduğunu əsas gətirərək, onların yenidən düzəldilməsini tələb edirlər. Muğan və Qarasu ərazisində yerləşən dükanlardan isə bir xeylisi sökdürülüb. Səbəb kimi də onların kvadratlarının sənədlərdəki kimi göstərilməməsi qeyd olunub. Amma dükanı sökdürülən sahibkarlardan biri buna etiraz olaraq icra başçısına bildirib ki, bu artıq əraziyə görə hər il ona haqq verib. Əhməd Muxtarov isə bundan sonra fəaliyyət göstərməsi üçün əvvəlki ilə nisbətən iki dəfə artıq haqq verilməsini tələb edib. Geri qayıt |