Əsas Səhifə > Cəmiyyət > “ÖZÜMÜ ÖLDÜRSƏM, NEÇƏ İL İŞ VERƏRLƏR?”

“ÖZÜMÜ ÖLDÜRSƏM, NEÇƏ İL İŞ VERƏRLƏR?”


5-01-2012, 15:53
“ÖZÜMÜ ÖLDÜRSƏM, NEÇƏ İL İŞ VERƏRLƏR?”

MƏŞHUR LƏTİFƏ GERÇƏKLİK OLDU

Ötən gün Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd göstərən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə APA-ya Zaqatala Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 28 yaşlı Pərviz Mikayılova qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu gün Zaqatala Rayon Məhkəməsinin qərarı ilə P. Mikayılov barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Polisdən həmçinin bildirilib ki, P. Mikayılov əvvəllər də 3 dəfə məhkumluq həyatı yaşayıb. Hazırda onunla bağlı polisdə bir neçə vətəndaşa qarşı törətdiyi cinayət əməli ilə bağlı şikayətlər var.

Qeyd edək ki, dünən saat 13 radələrində P. Mikayılov Dənizkənarı Bulvardakı paraşüt qülləsinin yarısına qədər qalxaraq, oradan özünü atacağını bildirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib, FHN-in psixoloqu P. Mikayılovla söhbət etmək üçün qülləyə qalxıb. Hadisə yerinə P. Mikayılovun ailəsi, həyat yoldaşı və uşağı da gəlib. Qüllədə olarkən P. Mikayılov biləyini bir neçə yerdən kəsərək psixoloqun ona yaxınlaşmasına mane olub.

FHN psixoloqu sonda P. Mikayılovun intihar fikrindən daşındıra bilib və onu qüllədən endirməyə nail olub.

Geri qayıt