Əsas Səhifə > Gündəm, Manşet > PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ KİM HANSI GÜCDƏDİR?

PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ KİM HANSI GÜCDƏDİR?


12-08-2013, 10:08
PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ KİM HANSI GÜCDƏDİR?
ÜMİDİNİ KREMLƏ BAĞLAYAN MÜXALİFƏTİ MİLLİ ŞURA YIXIR, BƏS İQTİDAR?

DİA.AZ: - Artıq prezident seçkilərinə sanılı günlər qalıb ki, bu da siyasi müstəvidəki münasibətlərin daha da gərginləşməsilə müşaiyət olunmaqdadır. Hakimiyyət də, müxalifət də seçki tədarükündədir. Kimin bu seçkiyə necə getdiyini görmək o qədər də çətin deyil.

Müxalif düşərgə illər ərzində ilk dəfə Milli Şura adı altında birləşsə də, müxalifətin indiki kimi parçalanmış bir halı olmayıb. Sanki Milli Şura ideyası məhz ənənəvi müxalifət qüvvələrin birdəfəlik olaraq siyasi intiharı üçün düşünülmüşdü və qocaman siasət adamları bu düşünülmüş oyunun ən sıradan oyunçularına çevrilməyi könüllü şəkildə bir aqibət olaraq müəyyənləşdirdilər.

Kimsə inkar edə bilməz ki, bu gün Milli Şurada birləşən təşkilatların ayrılması üçün ani bir qığılcım yetərlidir. Milli Şuranın nüvəsini təşkil edən AXCP ilə Müsavatın münasibətlərindəki gərginliyə nəzərən fikirlərimizi təsdiqləmək çox rahatdır.

Milli Şuranın arxasında isə Kremlin dayanması birdəfəlik olaraq mövcud müxaliflərin reputasiyasına gələcəkdə də təhlükə yarada biləcək bir zərbəni vurmuş oldu. Və bu danılmaz faktdır Milli Şuranın nəzərləri bu gün Rusiyaya dikilib, Kremldən gələn əmrlərə müntəzirdir.

Təkcə ona görə yox ki, Milli Şuranın vahid namizəd kimi müəyyənləşdirdiyi Rüstəm İbrahəimbəyovun kimlik, vətəndaşlıq problemi var. Həm də ona görə ki, Kremlin rəsmi Bakı ilə anlaşması da Milli Şuranın seçkidə iştirak formatına birbaşa təsirini göstərmiş olacaq. Bunu elə Rüstəm İbrahəimbəyovun özü də etiraf edir. Və ondan «seçkilərə qatılacaqsınızmı» deyə soruşalanda «hər şey 15 avqustda aydın olacaq» şəklində cavabını verir.

Bu tarixdə isə artıq Rusiya prezidenti Vladimir Putin Bakıya səfər edib, dönmüş olacaq. Yəni Putinin Azərbaycan səfərinin ardından Rüstəm İbrahimbəyovun dai seçkidə iştirak edib-etməməsi müəyyənləşəcək. Yəni bütün varlığını Azərbaycanın müstəqilliyi, Rusiya buxovundan qurtulması yolunda qurban etmiş insanlardan formalaşan AXCP və Müsavatın da qərarı məhz Putinin Bakı səfərindən sonra aydınlaşacaq. Bu fakt isə daha çox ənənəvi müxalifət düşərgəsinin başı üzərindəki «Domokl qılıncı» qədərində itidir və təhlükəlidir.

Hakimiyyətə gəlincə isə, artıq iqtidardakılar seçkiyə kiminlə və necə gedəcəklərini tam olaraq nümayiş etdiriblər. Və bu da namizədlərin irəli sürülməsinə qədər mövcud olan müxtəlif tərəddüdlərin birdəfəlik olaraq sıradan çıxması anlamına gəlir. Yəni yenə də YAP iqtidarı prezident İlham Əliyevin namizədliyi ilə seçkilərə qatılır.

Bu barədə DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, əslində Rusiyanın təsiri ilə hakimiyyətin alternativ namizədlərə üstünlük verəcəyi haqda ideya əslində iqtidar düşərgəsinə böyük zərbə vurmuşdu. Bu barədə redaksiyamızı bilgiləndirən mənbələrin bildirdiyinə görə, məhz həmin təbliğat iqtidar cinahında böyük tərəddüdlərə nədən olmuşdu ki, artıq bu tərəddüdlər də geridə qalıb.

Amma təhlükəli məqamlar da yetərincədir. Məlumatlı mənbə iddia edir ki, seçkilər ərəfəsində iqtidar cinahında şok effektilə müşaiyət olunan məqamlardan biri də fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı ajiotajdır. Doğrudur, ilk başdan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və onun çevrəsinə qarşı olan bir kampaniya kimi diqqətə gələn Elşad Abdullayevin məlum videobombardmanı enində-sonunda ümumiqtidar maraqlarını təhdid etməyə başladı.

Artıq Elşad Abdullayevin hədəfində təkcə Ramiz Mehdiyev deyil, bütünlükdə olaraq iqtidar var. Və onun Rusiyanın Avropadakı dayaqlarından biri kimi qəbul olunan Avropa Azərbaycanlıları Milli Birlik Şurasında sədr müavini görəvinə gətirilib, oradan da iqtidarın bütün cinahlarını hədəfə alması faktı da təsdiqlədi ki, artıq Elşad Abdullayev hansısa qrup oyununda yox, Kremlin Azərbaycan iqtidarına qarşı düşündüyü böyük projedə yer alır. Ən azından bu gün qolunda Putinin bağışladığı saatı gəzdirən lşad Abdullayevin bağlanmış ABU-sunun Moskvadakı filialının fəaliyyətini davam etdirməsi də bu iddialar üçün incə bir izahat rolunu oynaya bilər. Harda görünüb ki, universitet bağlansın, amma filialı fəaliyyətini davam etdirsin?..

Məlumatlı mənbələrin DİA.AZ-a ötürdüyü informasiyalardan anlaşılanı odur ki, hakim düşərgədə orta məmur heyətində psixoloji tarazlığın, münasibliyin bərpası üçün Elşad Abdullayevlə bağlı iqtidarın konkret və real addımlar atması labüddür. Mənbənin söylədikləri:

«Elşad Abdullayev bəlkə də böyük fiqur deyil. Amma bu seçki ərəfəsində vacib bir elementə çevrilib. Onun hələ də ayaqda tutulması iqtidarın monolitliyi ilə yanaşı, iqtidara sadiq bir orta məmur korpusunun bağlılığını da təhdid etməkdədir. Yəni belə anlaşılır ki, kimsə Elşad Abdullayevlə bacarmır və o da istədiyini həbs etdirir. Amma ona arşı hətta orqan alveri kimi beynəlxalq bir ittihamın mövcudluğu şəraitində belə kimsə Elşad Abdullayevi dindirmək belə istəmir».

Mənbəmizə görə, məhz bu kimi məqamlar Elşad Abdullayevin başlatdığı serialların sonna çatdırılmasını labüdləşdirir: «Təbii ki, bunun əks-effektləri olmalı idi və müşahidə olunmaqdadır. Elə buna görə də seçkilər ərəfəsində müxalifətin zəif düşdüyü bir məqamda hakimiyyət üçün Elşad Abdullayevin zərərsizləşdirilməsi qərarından gözəl bir hədiyyə ola bilməz».

Geri qayıt