Əsas Səhifə > Güney Press / Manşet > HACI İBRAHİM NEHRƏMLİYƏ AXİRƏT HƏDƏSİ GÖNDƏRİLDİ

HACI İBRAHİM NEHRƏMLİYƏ AXİRƏT HƏDƏSİ GÖNDƏRİLDİ


11-08-2013, 13:03
HACI İBRAHİM NEHRƏMLİYƏ AXİRƏT HƏDƏSİ GÖNDƏRİLDİ
DİA.AZ: - Neçə müddətdir ki, “Avesta” konserninin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli ilə Qazax rayon sakini Elşad Məmmədli arasında çəkişmə var. DİA.AZ bildirir ki, İbrahimov qardaşlarının kifayət qədər tanınan simalarından olan Hacı İbrahim Qazax sakininin yarım milyon manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.

Artıq bur neçə məhkəmə instansiyasını belə keçən bu konfliktdə kimin günahkar olduğunu təxmin etmək o qədər də çətin deyil. Hər halda Xəzərdə ada tikmə öhdəliyinə məhkum edilən İbrahimob qardaşlarının onlarla ailəni gözüyaşlı qoyması da faktdır.

Elşad Məmmədova gəlincə isə, Qazax sakini Hacı İbrahim Nehrəmliyə müxtəlif yollarla ismarıclar ötürür. Elə bu gün özünün “Facebook” səhifəsində də “Avesta”nın şefinə söz yollayıb.

DİA.AZ olaraq Elşad Məmmədovun statusunu olduğu kimi təqdim edirik: “Yetimlərin haqqını yeyən milyarder Hacı İbrahim nehrəmli. Mən səndən öz haqqımı alacam. İnsallah, bu həyatda olmasa da, AXİRƏTDƏ... Hələlik keyf elə, ay haci”..

Qarşı tərəfi də dinləməyə hazırıq...



Geri qayıt