Əsas Səhifə > Hadisə, Manşet > ABUTALIBOV «MÜHARİBƏ ELAN ETDİ»

ABUTALIBOV «MÜHARİBƏ ELAN ETDİ»


5-01-2012, 13:23
ABUTALIBOV «MÜHARİBƏ ELAN ETDİ»

BAKI MERİNİN ADAMLARI ƏLDƏ QƏZET SATANLARI HƏDƏLƏDİ

DİA.AZ: - Hələ keçən ilin ortalarından Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun mətbuat sahəsində çox ciddi şəkildə möhkəmlənməsi barədə məlumatlar yayılmağa başladı və bəlli oldu ki, Bakı şəhərinin küçələrinə qoyulan yeni «Press-Köşk»lər hesabına PA rəsmisi hətta qəzet yayımı biznesini də nəzarəti altına almaq niyyətindədir.

Doğrudur, Əli Həsənov mətbuata verdiyi açıqlamsında bildirmişdi ki, həmin «Press Köşk»lərin ona heç bir aidiyyatı yoxdur və yeni köşklər Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə məxsusdur.

Onu da bildirək ki, həmin köşklər əslində qəzet satışı üçün nəzərdə tutulsa da, orada daha çox ərzaq məhsullarının satışına üstünlük verilir və hətta bəzi köşklərdə alıcılara spirtli içkilər də təklif olunur.

Bu gün səhər saatlarından isə həmin köşklərin arxasında dayanan qüvvələr hərəkətə keçiblər. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, özünü Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən bir qrup şəxs səyyar qəzet satışı ilə məşğul olan firmaların işçilərinin fəaliyyətini əngəlləyiblər:

«Konkret olaraq Üzeyir Hacıbəyov küçəsinin yaınlığında səyyar qəzet satışı ilə məşğul olan şəxslərə 10-AA-889 dövlət nömrə nişanlı «Leksus» markalı maşınla gələn BŞİH əməkdaşları hədələyib və onlara qəzet satmağı qadağan ediblər».

Mənbə bildirir ki, həmin şəxslər bu addımı Hacıbala Abutalıbovun göstərişi ilə atdıqlarını da bildiriblər. Onu da qeyd edək ki, əslində «Press köşk»lərin birbaşa olaraq səyyar qəzet satışı ilə məşğul olan firmalara qarşı yaradıldığı hələ ilk başdan söylənilmişdi. İndi bu fakt da təsdiqini tapır.

Mövzu diqqətimizdədir.

Geri qayıt