Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEVİ UKRAYNA MÜHAKİMƏ EDƏCƏKMİ?

ELŞAD ABDULLAYEVİ UKRAYNA MÜHAKİMƏ EDƏCƏKMİ?


7-08-2013, 13:06
ELŞAD ABDULLAYEVİ UKRAYNA MÜHAKİMƏ EDƏCƏKMİ?
HƏLƏLİK RƏSMİ BAKI KİYEVDƏN GƏLƏN TƏLƏBƏ MÜSBƏT CAVAB VERMƏYİB

DİA.AZ: - Məlum olduğu kimi insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri Obolon Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılması müəyyən edilib.

Məlumata görə, məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla, həmin qərardad barələrində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsi məqsədilə Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

DİA.AZ-a bu istiqamətdən ilginc məlumatlar daxil olub. Redaksiyamızın elektron poçtuna göndərilən informasiyada bildirilir ki, keçmiş rektora qarşı Ukraynada aparılan cinayət işinin materiallarında xeyli sayda ittihamların yer alması səbəbindən Ukraynanın hüquq-mühafizə orqanları rəsmi Bakıdan Azərbaycan vətəndaşı olduğu üçün Elşad Abdullayevin həbsi üçün icazə istəməyə hazırlaşır.

Məlumatda deyilir: «Ukrayna tərəfi artıq belə bir materialı rəsmi Bakıya təqdim edib. Həmin sənədlərdə Elşad Abdullayevə qarşı çox ciddi ittihamlar var və eyni zamanda Ukraynanın hüquq-mühafizə orqanları orqan alverində adları hallandırılan Ukraynanın bir sıra klinikalarının rəhbərlərinə qarşı əlavə sübut və dəlillərin toplanılması üçün də Elşad Abdullayevin dindirilməsinə ehtiyac duyurlar. Yəni bu səbəbə görə, Elşad Abdullayevin Ukrayna hüquq-mühafizə orqanlarında dindirilməsi zəruri hesab olunub».

Məlumatda o da əlavə olunur ki, hələlik rəsmi Bakının Elşad Abdullayevlə Kiyevə müsbət cavab verməyə tələsməməsi daha çox seçkiqabağı ərəfədə mövcud siyasi gərginliklə birbaşa bağlıdır.

ELŞAD ABDULLAYEVİ UKRAYNA MÜHAKİMƏ EDƏCƏKMİ?

Geri qayıt