Əsas Səhifə > Gündəm, Manşet > FARS-MOLLA REJİMİNİN İQTİSADİ QOLLARI «BUDANIR»
FARS-MOLLA REJİMİNİN İQTİSADİ QOLLARI «BUDANIR»7-08-2013, 12:45 |
«ROYAL BANK»IN ARDINCA «BANK OF BAKU»NU MÜFLİS ELAN EDƏCƏKLƏR DİA.AZ: - İranın Bakıdakı iqtisadi dayaqları zaman-zaman narahatendici faktor kimi diqqət mərkəzində olub. Doğrudur, son zamanlar fars-molla rejimi Azərbaycanla bağlı məsələlərdə sükut nümayiş etdirir ki, bu da İrandakı prezident seçkiləri ilə əlaqələndirilməkdədir. Yeni seçkiyə, hakimiyyət dəyişikliyinə başları qarışan mollaların Azərbaycan əleyhinə kampaniyaya ara verməsi anlaşılandır. Amma çomaqlarını əllərindən yerə qoymadıqları da məlumdur ki, bu da rəsmi Bakı üçün hər zaman həyəcan siqnalı effektindədir. Məlumdur ki, son zamanlar Azərbaycan üzərinə şimaldan da basqılar artıb. Azərbaycanda dövlət çevrilişi tədarükündə odduğu müxtəlif ciddi ünvanlardan anons edilən Kremlin rəsmi Bakı qarşısında sərt tələblərlə çıxış etməsi də bu gün həm yerli, həm də əcnəbi mətbuatın ən çox müraciət etdiyi mövzulardandır. Amma bu durumun ancaq qəzetlər üçün mövzu əhəmiyyətində olmadığı, çox ciddi və təhlükəli məqamlarla zəngin olması da danılmaz faktdır. Necə ki, üzərimizdə cənubdan gələn fars-molla basqısı kimi… Elə buna görə də rəsmi Bakının seçkilər ərəfəsində yeni addımların tədarükündə olması söylənilir. Bu barədə DİA.AZ-ın mötəbər mənbələrdən əldə etdiyi informasiyalardan aydın olur ki, adı hələ məşhur «VikiLiks» təşkilatının açıqladığı məxfi sənədlərdə İranla qoşa çəkilən və Bakıdakı İran xəfiyyəsinin əsas maliyyə rıçağı kimi təqdim olunan «Bank of Baku» bu günlərdə müflis elan edilə bilər. Bildirək ki, bu bankın əsas səhmdarlarından biri İran əsilli Oromi qardaşlarıdır ki, bu ailənin günü bu gün də Tehran xəfiyyəsi ilə əlaqədar olduğu və hətta İran xəfiyyəsinin Azərbaycandakı bir sıra tədbirlərini maliyyələşdirdiyi də söylənilir. Təbii ki, belə bir şəraitdə Azərbaycanın hansı məmuru ilə ortaq olmasına baxmayaraq, «Bank of Baku»dan hesabatın istəniləcəyi gözlənilən idi. Məlumatı verən mənbə bildirir ki, uzun müddətdir bu prosesə hazırlıq gedir və yaxın vaxtlarda Mərkəzi Bankın qərarını açıqlaması nəzərdə tutulub. Mənbənin söylədikləri: «Təbii ki, «VikiLiks»in açıqladığı sənədlərdə təkcə «Bank of Baku»nun adı çəkilmirdi. Eyni zamanda sözügedən maliyyə şəbəkəsində «Royal Bank»ın və həmçinin «XalqBank»ın da iştirakçı olduğu bildirilirdi. «Royal Bank» artıq arxivə göndərilib. İndi isə «Bank of Baku» eyni aqibəti yaşayacaq. Deməli, sırada olanı «Xalq Bank»dır». Yazıdakı faktlara görə, bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |