Əsas Səhifə > Gündəm, Manşet > İLGİNC: SALYANDA FHN-NİN HAQQI TAPDALANIRMIŞ
İLGİNC: SALYANDA FHN-NİN HAQQI TAPDALANIRMIŞ7-08-2013, 11:13 |
ARTUR RƏSİZADƏNİN NAZİRLİYƏ AYIRDIĞI TORPAQLA BAĞLI MÜƏMMA DİA.AZ: - 2010-cu ildə baş verən sel və daşqın Salyan rayon əhalisindən də təsirsiz ötüşmədi. Yüzlərlə yaşayış evi, müxtəlif təyinatlı obyeklər zədələndi, əkinlər, hazır məhsullar məhv oldu, fərdi təsərüfatlardakı meyvə ağacları qurudu. Bəzi ərazilərdə torpaq öz münbitliyini hələdə bərpa edə bilmir. Baş verən təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə dövlət Salyan rayonunda zəruri tədbirlər görüb. 200-ə yaxın fərdi yaşayış evi tikilib. Bu evlərin yarsını Heydər Əliyev Fondu, qalanını isə FHN inşa etdirib. Amma daşqının təsirinə məruz qalan insanların problemi tam həllini tapmayıb. Bu barədə çox yazılıb, qeyri-hökumət təşkilatları uzunmüddətli monitorinq aparıb və onun nəticələri açıqlanıb. Biz indiyədək ictimailəşdirilməmiş bir məsələdən danışacağıq. DİA.AZ bildirir ki, bu barədə infom.az portalı xəbər yayıb. 2010-cu ildə fəlakət qurbanlarına dövlət tərəfindən inşa edilən evlər üçün Kürqaraqaşlı bələdiyyəsi əlverişli ərazidən 10 ha torpaq sahihəsi ayırıb və təmannasız Fövqəladə Hallar Nazirliyinin istifadəsinə verib. FHN də öz növbəsində Nazirlər Kabineti qarşısında məsələ qaldırıb ki, onların istifadə etdikləri torpağın əvəzinə rayonun digər ərazilərindən Kürqaraqaşlı bələdiyəsinə 10 ha torpaq ayrılsın. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin təqdimatına əsasən baş nazir Artur Rəsi-zadə 8 iyun 2011-ci il tarixli, 148 saylı sərəncam imzalayıb. Həmin sənədlə Salyan rayonunun Qızılağac inzibati ərazi vahidliyində yerləşən dövlət fond torpağından 10 ha sahə Kürqaraqaşlı bələdiyyəsinə ayrılıb. Amma üstündən 3 il keçsə də, bu sərəncam icra edilməyib. Ayrılan torpaq sahəsini icarədar kimi onu əkib-becərən Quuçi kənd sakini Arif Cəlilov Kürqaraqaşlı bələdiyyəsinə vermir. Bizə çatan ilkin xəbərdə deyilirdi ki, movcud problemin həllinə rayon səviyyəsində kiminsə gücü çatmır. Bələdiyyə sədri Oruc Məmmədov faktı təsdiqlədi: “Yer sənədlə bələdiyə mülkiyyətinə verilsə də, hələki onu almaq və yerli özünüidarə orqanının maraqları üçün istifadə etmək mümkün olmayıb.” Adı çəkilən Arif Cəlilov isə iddia edir ki, Nazirlər Kabinetinin sərəncamında yanlışlığa yol verilib: “Bələdiyyə mülkiyyətinə verilən sahə meşə fonduna aiddir və ondan istifadə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uzunmüddətli icarə müqaviləsi bağlamışam. Bu sahəni əkinə yararlı vəziyyətə gətirmək üçün xeyli vəsait sərf etmişəm. Odur ki, bu torpağı bələdiyyəyə vermək fikrim yoxdur. Bir halda verə bilərəm: çəkdiyim xərci ödəsinlər.”Arif Cəlilov nə qədər xərç çəkdiyini dilə gətirməsə də, hiss olunurdu ki onun ürəyindən böyük məbləğ keçir. Bələdiyyə sədiri isə ondan torpağı haqq ödəməklə geri almaq fikrində deyil, üstəlik sıradan olan bir adamın hökumət başçısının sərəncamının icrasına mane olmaq cəhdinə təəccüblə yanaşır: “Bu ölkdə baş verənlərə özüm də məəttəl qalıram. Torpaq dövlətin, sərəncamı verən baş nazir, amma sadə kəndli onu əlindən buraxmaq istəmir. Gör vəziyyət nə yerdədir ki, öz torpağımızı özümüzə satmaq istəyirlər.” Geri qayıt |