Əsas Səhifə > Gündəm, Manşet > İMİŞLİ SAKİNİ NƏDƏN MƏHKƏMƏ QAPILARINDA QALIB?

İMİŞLİ SAKİNİ NƏDƏN MƏHKƏMƏ QAPILARINDA QALIB?


6-08-2013, 11:42
İMİŞLİ SAKİNİ NƏDƏN MƏHKƏMƏ QAPILARINDA QALIB?
BAX, BELƏ VƏTƏNDAŞI HAQLI OLDUĞU HALDA HAQSIZ DURUMA DÜŞÜRÜRLƏR

DİA.AZ: - İmişli rayonunun Xoşçobanlı kənd sakini Bağırov Vüqar Əmiralı oğlu qohumlarından birinin böhtançı hərəkəti nəticəsində iki ildir ki, rahatlığının pozulduğunu deyir. Barəsində DİN-in “102” xidmətinə edilən zəng polis, prokurorluq və məhkəmə orqanlarında sonu görünməyən araşdırmaya səbəb olub. DİA.AZ bildirir ki, bu barədə infom.az portalı xəbər yayıb.

Düzdür, Vüqar Bağırov barədə verilən məlumat öz təsdiqini tapmayıb və onun haqqında cinayət işinin başlanılması rədd edilib. Amma bilə-bilə yalan məlumat verən şəxs də məsuliyyətdən kənarda qalıb. Eyni əməl yenidən təkrarlananda, Vüqar Bağırov onun cəzalandırılmasını tələb edib. Amma İmişli rayon prokurorluğu əməldə cinayət tərkibi “görmür.”

İndi yalan məlumat verən şəxs qalıb bir kənarda, İmişli sakini prokurorluq orqanına qarşı iddiaya başlayıb. Maraqlıdır ki, bu iş üzrə ardıcıl olaraq 3 dəfə İmişli rayon prokurorluğunun qərarı məhkəmə qaydasında ləğv edilib, bir dəfə mübahisə apellyasiya məhkəməsi instansiyasına qədər gedib çıxıb.

Vüqar Bağırov bildirir: “İmişli rayon prokurorluğu məhkəmələrə meydan oxuyur və onların qəbul etdyi qərarlara əməl etmir. Açıqca bildirilir ki, məsələyə münasibətdə məhkəmənin mövqeyi başqa, bizimki başqadır. Maraqlıdır ki, iş üzrə Baş Prokurorluğun da göstərişi var və bu orqan da obyektiv araşdırma tələb edir.

Prokurorluq məhkəmə qərarından şikayət vermir, amma onun qərarına da əməl etmir. Təəssüf ki, məhkəmə də dövlət adından çıxarılan qərara hörmət etməyən şəxsləri cəzalandırmır. Və beləcə bu iki orqanın “qərar-qərar” oyunu bitib qurtarmaq bilmir.”

Geri qayıt