Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ ŞEFİ GÜRCÜSTANDAN GERİ ÇƏKİLİR

ARDNŞ ŞEFİ GÜRCÜSTANDAN GERİ ÇƏKİLİR


6-08-2013, 11:34
ARDNŞ ŞEFİ GÜRCÜSTANDAN GERİ ÇƏKİLİR
RÖVNƏQ ABDULLAYEV MƏMURLARDAN BİRİNƏ GÜZƏŞTƏ GETMƏLİ OLDU

DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Gürcüstanda böyük biznesinin olması barədə dəfələrlə informasiya vermişik. Redaksiyamıza daxil olan məlumatlara görə, ARDNŞ şefinin qonşu ölkədəki biznesini nüfuzlu məmurlardan birinə güzəştə getdiyi söylənilir.

Xatırladaq ki, ARDNŞ-nin Gürcüstandakı uzantısı olan «Socar Georgia»da vitse-prezident postunu tutan Mahir Məmmədov eyni zamanda Rövnəq Abdullayevin Tiflisdə, Batumidə və Gürcüstanın daha bir neçə şəhərindəki obyektlərinin, ümumiyyətlə, biznesinin əsas yönəticisidir. Elə buna görə də, bir neçə ay əvvəl gürcü vergi polisi tərəfindən 26 milyon lari - 13 milyon dollar vergidən yaınmada ittiham olunan Mahir Məmmədov tam olaraq ARDNŞ şefi tərəfindən müdafiə olundu. Və məlum oldu ki, həmin məbləğ hətta Rövnəq Abdullayev tərəfindən Gürcüstanın vergi orqanlarına ödənilib.

DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, amma buna baxmayaraq bir neçə gün əvvəl Rövnəq Abdullayev Gürcüstandakı obyektlərini nüfuzlu məmurlardan birinə güzəştə getməli olub: «Bu, heç də könüllü şəkildə baş verən hadisə deyil. Sadəcə olaraq, Rövnəq Abdullayevə tapşırılıb ki, artıq Gürcüstandan çəkilməsinin vaxtıdır».

Onu da xatırladaq ki, Rövnəq Abdullayevin Gürcüstandakı adamı kimi tanınan Mahir Məmmədovun nəzarəti altında «Socar»a aid yanacaqdoldurma məntəqələrindən savayı Tiflisdə Bakuruani deyilən ərazidə və Batumidə xeyli sayda obyektlər var: «Bunlar da bir yana. Gürcüstanın digər bölgələrində, həmçinin Marneulidə də Rövnəq Abdullayev yeni obyektlər tikdirməkdədir. Və məlum olur ki, «Socar Georgia»dan ARDNŞ şefinin əldə etdiyi gəlirlər məhz həmin obyektlərə və onların inşasına sərf olunmaqdadır».

Yəni belə çıxır ki, ARDNŞ şefi «Socar» YDM-ləri ilə yanaşı, həm də Gürcüstandakı biznesini də əldən verib.

Geri qayıt