Əsas Səhifə > Sosial, Manşet > ƏLİ HƏSƏNOV FHN ŞEFİNƏ QARŞI HƏRƏKƏTƏ KEÇİB

ƏLİ HƏSƏNOV FHN ŞEFİNƏ QARŞI HƏRƏKƏTƏ KEÇİB


5-08-2013, 13:06
ƏLİ HƏSƏNOV FHN ŞEFİNƏ QARŞI HƏRƏKƏTƏ KEÇİB
PA RƏSMİSİ KƏMALƏDDİN HEYDƏROVUN NƏZARƏTİNDƏKİ MEDİAYA İDDİALIDI

DİA.AZ: - Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova qarşı böyük bir kampaniya start götürüb. Bu ilginc məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq irəli sürüb. Mənbə iddia edir ki, bu işdə əsas maraqlı olan tərəf Prezident Administrasiyası rəhbərliyidir.

Mənbənin söylədikləri: «Maraqlıdır ki, bu məsələdə PA şefi Ramiz Mehdiyevin adı çəkilir. Amma prosesin arxasında birbaşa olaraq PA rəhbəri dayanmır». Xəbərlərdən aydın olur ki, yenə də işin içində iş var. Yəni FHN şefinə qarşı PA-nın ikinci «boz kardinal»ı kimi ad çıxarmış şöbə müdiri Əli Həsənovun kampaniyaya başladığı söylənilir.

Məlumdur ki, bu gün Əli Həsənov mediada çox ciddi şəkildə möhkəmlənsə də, o tam olaraq iqtidara aid mətbuat üzərində hökmranlığını formalaşdıra bilməyib. Əli Həsənovdan savayı bu gün medi üzərində Kəmaləddin Heydərovun və daha bir iqtidariçi qruplaşmanın böyük təsiri mövcuddur:

«Doğrudur, bu təsir gücü özünü siyasi anlamda hiss etdirmir. Amma müəyyən dönəmlərdə qrup oyunlarının qızışdığı məqamlarda Əli Həsənov əlindəki mətbu rıçaqları eyni hədəfə doğru tamamən yönəldə bilmir ki, bu da onun mətbu imperiyasının qüdrətini hər zaman şübhəyə alan faktor kimi diqqətə gəlir».

Mənbə iddia edir ki, elə buna görə də mətbuat üzərində tam hakimiyyətini təmin edə bilməsi üçün Əli Həsənov FHN şefinin kontrolunda olan media uğrunda mübarizə başlayıb: «PA rəsmisi «yuxarılara» «ümumiqtidar maraqlarının tam təmini yalnız bu halda mümkündür» şəklində hesabatını da təqdim edib ki, bu da birbaşa olaraq FHN şefinin mətbuatının ələ keçirilməsindən ibarətdir».

Hər halda, Kəmaləddin Heydərovun Ramiz Mehdiyevin kölgəsində meydan sulayan Əli Həsənovun bu çabalarını cavabsız buraxacağı, əlindəki medianı sakit şəkildə təslim edəcəyi gözlənilən deyil. Onu da bildirək ki, buna qədər də anoloji cəhdlər müşahidə olunub.

Geri qayıt