Əsas Səhifə > Hadisə > İMİŞLİDƏ MAL-QARA ARASINDA EPİDEMİYA

İMİŞLİDƏ MAL-QARA ARASINDA EPİDEMİYA


5-08-2013, 11:55
İMİŞLİDƏ MAL-QARA ARASINDA EPİDEMİYA
BU XƏSTƏLİYƏ İLK DƏFƏ RAST GƏLİNİR

İmişli rayonunun kəndlərində iribuynuzlu heyvanlar arasında epidemiya xarakterli xəstəlik yayılıb. Məlumata görə, epidemiya xarakterli xəstəlik rayonun əksər kəndlərində yayılıb. Son 3-4 gündə yayılan xəstəlyin nədən törəndiyi məlum deyil.

Əhalisinin, əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olduğu İmişli rayonunda vətəndaşlar belə xəstəliyə ilk dəfə rast gəldiklərini bildirirlər. Sakinlərin dediyinə görə, təkcə rayonun Sarıxanlı kəndində, Vətəgə stansiyasında 200-dən çox heyvan xəstəliyə yoluxub. Sarıxanlı kənd sakinləri xəstəliyin bəzi əlamətlərini də açıqlayıblar:

“Xəstəliyə yoluxan heyvanlar əvvəlcə ot yemir, su içmir, hərəkət edə bilmirlər. Bir qayda olaraq ağzından köpük axan heyvanlarda hərarət ən azı 40 dərəcə olur”.

Sarıxanlı kənd sakinləri xatırladır ki, ötən il xırdabuynuzlu heyvanlar arasında yoluxucu xəstəlik yayılmışdı. Dəqiq səbəbi bilinməyən xəstəlik xırdabuynuzlu heyvanlar arasında kütləvi ölümə səbəb olub. Elə buna görə də onlar oxşar xəstəlyin iribuynuzlu heyvanlar arasında da kütləvi ölümə səbəb ola biləcəyi ehtimallarından narahatlıq keçirirlər. Sakinlər xəstəliklə bağlı baytarlara müraciət ediblər.

Kəndin baytar həkimləri isə deyiblər ki, son bir neçə gündə iribuynuzlu heyvanlar arasında virus yayılıb. Bu virus heyvanlar arasında xəstəlyi kütləviləşdirib. Virusun dəqiq adı bilinməsə də, xəstəliyə qarşı bəzi tədbirlər görürlər. Belə ki, əvvəlcə heyanın boyun nahiyəsindən qan alınır. Deyirlər ki, qanın rəngi çox tünd olur. Qan alandan sonra isə heyvanlara bir neçə dərman qarşığından hazırlanmış sistem vurulur. Kənd camaatı xəstəliyin qonşu rayonlarda da yayıldığını ehtimal edirlər. Qeyd edək ki, bəzi insanlar bu xəstəliyin bir sıra heyvan ölümünə də səbəb olduğunu söyləyiblər.

Geri qayıt