Əsas Səhifə > Partiya > “SƏRHƏDSİZ REPORTYORLAR”DAN HAKİMİYYƏTƏ ÇAĞRI
“SƏRHƏDSİZ REPORTYORLAR”DAN HAKİMİYYƏTƏ ÇAĞRI4-01-2012, 13:43 |
QURUM BƏXTİYAR HACIYEVİN AZAD OLUNMASINI TƏLƏB EDİR “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı Azərbaycan hakimiyyətini bloger Bəxtiyar Hacıyevi azad etməyə çağırıb. Təşkilatın məlumatında deyilir ki, dekabrın 29-da Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev B.Hacıyevi şərti olaraq vaxtından əvvəl buraxmaqdan imtina edib. Halbuki, onun cəza müdətinin üçdə bir hissəsi bitib. Blogerin vəkili İntiqam Əliyev hesab edir ki, hakimin bu qərarının heç bir əsası yoxdur və siyasi xarakter daşıyır. Məlumatda xatırladılır ki, B.Hacıyev ordudan xidmətdən yayınmaqda ittiham edilərək 2,5 il müddətinə azadlıqdan məhrum olunub. Hacıyevin təqib olunmasının əsl səbəbi gəncləri martda Bakıda keçirilən etiraz aksiyalarında iştiraka çağırmasıdır. Geri qayıt |