Əsas Səhifə > Gündəm, Manşet > İQTİDAR DAXİLİNDƏ «HƏLLEİDİCİ DÖYÜŞ» GÖZLƏNTİSİ

İQTİDAR DAXİLİNDƏ «HƏLLEİDİCİ DÖYÜŞ» GÖZLƏNTİSİ


5-08-2013, 11:19
İQTİDAR DAXİLİNDƏ «HƏLLEİDİCİ DÖYÜŞ» GÖZLƏNTİSİ
BARIŞMAZLIQ AB-HAVASI TƏRƏFLƏRİ SEÇKİYƏ QƏDƏR ÜZ-ÜZƏ QOYMUŞ OLDU

DİA.AZ: - «Prezident seçkiləri hakimiyyəti iki cinaha bölüb və artıq tərəflər arasında çox kəskin fikir ayrılıqları mövcuddur». Bu şok açıqlama DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən daxil olan informasiyada yer alıb.

Bilgili qaynaq iddia edir ki, bir ilə yaxındır tərəflər arasında kəskin mübarizə gedir: «Onları cəmiyyətə nişan verməyə elə bir lüzum yoxdur. Demək olar ki, siyasətlə az-çox maraqlanan hər kəs tərəfləri tanıyır. Amma diqqət çəkəni odur ki, münasibətlərdəki gərginlik son günlər daha da şiddətli xarakter alıb. Hətta iş o vəziyyətə çatıb ki, seçkilərə bu şəkildə gedilməsinin mümkünsüzlüyü hər iki tərəfə aydın olduğundan «həlleidici döyüş» seçkilərə qədər baş tuta bilər».

Bunun isə şok kadr islahatları ilə müşaiyət olunacağını söyləyən mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə çox ciddi olaylar baş verəcək: «Kimi yola salacaqlar - bunu zaman göstərəcək. Çünki vəziyyət elə bir mərhələdədir ki, həm dəyişiklik zəruriləşib, həm də geriyə - «ənənəvi sülhə» dönüş mümkün deyil».

DİA.AZ bildirir ki, bu münaqişəli durumla bağlı əməkdaşlarımız tərəfindən geniş təhlili material hazırlanır və bu materialda tərəflərin tərkibi ilə bağlı çox ilginc faktları da diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt