Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOVA QARŞI NARAZI KÜTLƏ ETİRAZI

CAVİD QURBANOVA QARŞI NARAZI KÜTLƏ ETİRAZI


5-08-2013, 10:32
CAVİD QURBANOVA QARŞI NARAZI KÜTLƏ ETİRAZI
SAKİNLƏR DEPUTATDAN KEÇİD İSTƏSƏLƏR DƏ, TƏLƏBLƏRİNİ EŞİDƏN YOXDUR

DİA.AZ: - Məlum olduğu kimi, dünən axşam saatlarında Bakı-Sumqayıt yolu bir neçə saat ərzində qapalı qalıb. Bu isə böyük gərginliyə səbəb olub və hətta yaranmış tıxacın gecə saatlarına qədər davam etdiyi də məlumdur.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, tıxacın yaranmasına səbəb «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun seçicilərinin öz deputatlarına qarşı ayaqlanmasıdır.

Belə ki, dəfələrlə seçicilər Cavid Qurbanova ərazidə keçidin tikilməsi üçün müraciət etsələr də, onların haqlı tələbləri qulaqardına vurulub. Və bu da təhlükəli ərazidə piyada ölümlərinin durmadan artması ilə müşaiyət olunmaqdadır.

Elə dünən axşam saatlarında da əhalinin ayaqlanması məhz növbəti piyada ölümü ilə əlaqədardır. DİA.AZ-a danışan ərazidəki sakinlərdən biri bildirir ki, 18 yaşlı qız yolu keçərkən onu maşın vurub və o, hadisə yerindəcə dünyasını dəyişib: «Həmin qız «Azər City» marketində satıcı işləyirmiş».

Sakinlər bildirir ki, dəfələrlə Cavid Qurbanova mürpaciət etmələrinə baxmayaraq, insanlarımızın həyatının risq altında olması kimsə üçün maraqlı deyil.

Onu da bildirək ki, dünən gecə saatlarına qədər davam edən aksiya polis gücünə yatırılıb.

Geri qayıt