Əsas Səhifə > Güney Press / Manşet > CƏLİLABADDA KƏNDLİNİ ŞƏRLƏYİB TUTDULAR

CƏLİLABADDA KƏNDLİNİ ŞƏRLƏYİB TUTDULAR


3-08-2013, 16:19
CƏLİLABADDA KƏNDLİNİ ŞƏRLƏYİB TUTDULAR
DİA.AZ: - Dünən axşam saatlarında Cəlilabad rayonu Maşlıq kənd sakini Abbasov Rəzzaq yerli polis işçiləri tərəfindən həbs olunub. Bu barədə DİA.AZ-a Rəzzaq Abbasovun yaxınları məlumat verib.

Onların redaksiyamıza bildirdiyinə görə, 58 yaşlı Maşlıq kənd sakini Abbasov Rəzzaq neçə müddətdir ki, yerli icra hakimiyyəti ilə münaqişədə imiş və bu münaqişəsi ilə bağlı dəfələrlə aidiyyatı üzrə müxtəlif dövlət orqanlarına şikayət məktubu da yazıb. Hətta Abbasov Rəzzaq üzləşdiyi problemlə əlaqədar Prezident Administrasiyasının Cənub bölgəsi üzrə kuratoru Vəfadar Bağırovla da görüşüb.

Problem isə dövlət tərəfindən Rəzzaq Abbasova ayrılan pay torpağına yerli icra hakimiyyətinin tamah salmasından başlayıb. Yaxınları bildirir ki, buna etiraz etsə də, Rəzzaq Abbasovun haqlı tələbləri eşidilməyib və onun pay torpaqları qanunsuz olaraq satılıb, əvəzində isə ona normadan xeyli qədər az yararsız torpaq sahəsi verilib.

Təbii ki, bununla barışmayan Maşlıq kənd sakini ayrı-ayrı dövlət orqanlarına şikayət etməsiylə icra hakimiyyətinin düşməninə çevrilib. Dünən axşam saatlarında isə Rəzzaq Abbasovu Vəfadar Bağırova şikayət etməsinə görə icra hakimiyyətinə çağırıblar və ona bildiriblər ki, problemi həll ediləcək.

Yaxınlarının DİA.AZ-a bildirdiyinə görə, problemini həll etmək əvəzinə Rəzzaq Abbasovun qarşısında Vəfadar Bağırova etdiyi şikayətindən imtina etməsi tələb olunub və ona bildirilib ki, ərizə yazsın və şikayətçi düşəndə anlaqlı vəziyyətdə olmadığını bildirsin. Təbii ki, narazı vətəndaş bununla razılaşmayıb və nəticədə şərləyərək, ona 11 sutka həbs cəzası veriblər.

Yaxınlarının sözlərinə görə, 58 yaşlı Rəzzaq Abbasov iki dəfə infarkt keçirib: В«Biz onun səhhətindən narahatıq. Başına bir iş gələrsə, o zaman yerli icra hakimiyyəti buna görə cavab verməli olacaq. Onu şərləyiblər ki, guya ünvansız söyüşlər söyüb. Halbuki Rəzzaq Abbasov namaz qılan, dindar adamdır və ona böhtan atıblarВ».

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt