Əsas Səhifə > Cəmiyyət > SOYDAŞIMIZ ADINI TARİXƏ YAZDI

SOYDAŞIMIZ ADINI TARİXƏ YAZDI


4-01-2012, 13:30
SOYDAŞIMIZ ADINI TARİXƏ YAZDI

ETİBAR ELÇİYEV YENİ DÜNYA REKORDUNU MÜƏYYƏN EDİB

Marneuli şəhər sakini, maqnit adam kimi tanınan 40 yaşlı Etibar Elçiyev yeni dünya rekordunu müəyyən edib. Bu barədə Gürcüstanın “Rekord” idman klubunun prezidenti Şota Keldişvili bildirib.

Rekordun müəyyən edilməsi Yeni ilə həsr olunub və rekordçunun doğma şəhəri Marneulidə keirilib.

“Elçiyev bioenerjinin köməyilə ümumi çəkisi 92 kiloqram olan yükü - 14 kiloqramlıq avtomobil kapotunu və onun üzərində dayanan 78 kq. çəkisi olan adamı üç dəqiqə ərzində sinəsində saxlayıb, - Keldişvili bildirib.

Sonra Elçiyevin üç qohumu – metalı özünə çəkmək qabiliyyətinə malik 11 yaşlı Əmrah Namazov, 9 yaşlı Rusət Hümbətov və 6 yaşlı Elşad Namazov qaşığı, hətta ütünü öz üzərində saxlayıb.

Qeyri-adi bacarıqların nümayişindən sonra “Rekord” klubunun rəhbəri Elçiyevə onun nailiyyətini təsdiqləyən sertifikatı, həmçinin “2011-ci ildə Gürcüstan rekordçusu” medalını təqdim edib.

“Elçiyevin yeni rekordunu iki komissiya qeydə alıb. Toplanmış materiallar, o cümlədən fotoları və videoyazıları Ginnesin Rekordlar Kitabına göndərəcəyik və ümidvarıq ki, tezliklə müsbət

cavab alacağıq”, - Keldişvil bildirib. O, tədbirin təşkilinə görə "Mystical parfum" Fransa-Türkiyə şirkətinə və Marneuli Gənclər Mərkəzinə təşəkkürünü bildirib.

Eyni zamanda kikboksinq üzrə məşqçi olan Elçiyev ekstrasensorika və xalq təbabəti ilə məşğuldur. Dekabrın 13-də Tbilisidə ilk dəfə olaraq öz bioenerji resursları imkanlarını nümayiş etdirib. O, dünya rekorduna və Ginnesin Rekordlar Kitabına düşməyə iddia edir.

Elçiyev bədənində 50 dəmir qaşıqı saxlayıb. Bundan sonra 26 saniyə ərzində 14 kiloqramlıq dəmir kapotu və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Beləliklə, o, ümumi çəkisi 106 kq. olan yükü saxlayıb.


Geri qayıt