Əsas Səhifə > Gündəm, Manşet > ASTARADA BÜDCƏ PULLARINI KİM MƏNİMSƏYİB?

ASTARADA BÜDCƏ PULLARINI KİM MƏNİMSƏYİB?


3-08-2013, 11:26
ASTARADA BÜDCƏ PULLARINI KİM MƏNİMSƏYİB?
Astara rayonunun. Kijbə inzibati ərazi vahidliyinin Ojəkaran kənd sakinləri adından redaksiyamıza şikayət xarakterli kollektiv müraciət daxil olub. DİA.AZ bildirir ki, bu barədə infom.az portalı xəbər yayıb. Şikayət məktubunun tam mətinini olduğu kimi təqdim edirik:

Hörmətli redaksiya! Məlumat üçün bildiririk ki, bizim qəsəbə rayon mərkəzindən kənarda- dağ ərazisində yerləşir. Sovetlər dönəmindən müstəqillik dövrünə qədər yaşadığımız məntəqəyə gediş-gəliş yolu normal olub . Bu yoldan bizdən əlavə 17 dağ kəndinin sakinləri də istifadə edir. Ərazidə 3 bələdiyyə, bir neçə məktəb, səhiyyə, mədəniyyət obyekti, 13 seçki məntəqəsi yerləşir, ümumilikdə 9000 mindən çox adam yaşayır. Rayon mərkəzindən axrıncı dağ kəndinə qədər olan məsəfə 47 kilometrdir.

Nəhayət uzun sürən həsrətdən sonra 2011-ci ildə eşitdik ki, yolumuzun müəyyən hissəsi ölkə rəhbərinin ayırdığı 3 milyon vəsait hesabına təmir olunacaq . Həmən dövrdə 5 km yol asfaltlandı, hətta 2012-ci ilin mart ayında cənab Prezident yolun açılışında bizim qəsəbədədə oldu. O vaxtkı icra başçımız Taleh Qaraşov dövlət başçısına yalan məlumat verdi ki, guya lahihədə nəzərdə tutulan yolun hamısı çəkilib. Halbuki yolun 5 km-dən qalan hissəsi hələ də bərbad vəziyyətdə qalır. Prezident rayonu tərk etdiyi günün səhəri yol çəkənlər ərazidən texnikalarını çıxartdı, o gedəndirlər, nə vaxt gələcəkləri isə hələ də məlum deyil.

Yağıntılı havalarda, xüsusən də payız-qış aylarında zülm, zillət çəkirik, aldığımız ərzaq məhsullarını mənzil başına yolun yarsından belimizdə atla, eşşəklə çatdırırıq. Demək olar ki, keçən il çəkilən 5 km-lıq yol da artıq dağılmaq üzrədir. Əlavə olaraq bildiririk ki, bu ərazilərdə inanclı insanların tez-tez üz tutduğu qədim ziyarətgahlar yerləşir, başqa rayonlardan da buralara gələnlər olur. Yolun bu vəziyyətinə görə onların qarşısında xəcalət çəkirik. Bizim prezidentdən narazılığımız yoxdur, o Azərbaycanın inkişafına çalışır, müxtəlif sosial lahiyələrə vəsait ayırır. Lakin təyin etdiyi bəzi kadlar onun etimadını doğrultmur, nüfuzuna kölgə salır. Ayrılan vəsaitlər mənimsənilir, təyinatı üzrə xərclənmir, əziyyətini isə illər boyu minlərlə insan çəkir.

Qəsəbə yolunun bərbad olması, təmirin yarımçıq qalması haqqında indiki icra başçımız Qəzənfər Ağayevin də məlumatı var. O şikayətimizə belə münasibət bildirib: “Sizin kəndin yol çəkilişi mənlik deyil. Köhnə başçı yola ayrılan vəsaiti o söz...”

Ümidimz hər yerdən üzüldüyü üçün ərazidə yerləşən ziyarətgahlara nəzir qutuları qoymuşuq, xeyriyyə aksiyası keçiririk ki, vəsait toplayıb kənd yolumuzu özümüz təmir edək.

Baş verənlərlə əlaqədar Ojəkaran bələdiyyəsi sədri Ağadadaş Qənbərovla telfon əlaqəsi saxladıq. O ərazilərindəki yolların bərbad olması faktını təsdiqləsə də, məsələnin həllinə dair əllərindən bir şey gəlmədiyini bildirdi.

Geri qayıt