Əsas Səhifə > Güney Press / Manşet > VƏHABİLƏR SEÇKİ ƏRƏFƏSİNDƏ ÜSYAN HAZIRLAYIR
VƏHABİLƏR SEÇKİ ƏRƏFƏSİNDƏ ÜSYAN HAZIRLAYIR2-08-2013, 16:14 |
![]() DİA.AZ: - Prezident seçkilərinə təkcə siyasi deyil, həm də dini kəsim tədarük görür. Bu ilginc məlumatı DİA.AZ-a ötürən anonim mənbə iddia edir ki, seçkilərə az qalmış, daha dəqiqi bu ilin sentyabr ayında paytaxt Bakıda və eləcə də Sumqayıt şəhərində özlərini В«sələfiВ» adlandıran vəhabi təriqətinin üzvləri böyük bir dalğa ilə meydanlara axışacaqlar. Mənbənin yazdıqları: В«Onlar guya ki, vəhabilərin ibadət yerlərinin olmamasını bəhanə edəcəklər və В«Əbu BəkrВ» məscidinin fəaliyyətinin bərpa olunmasını tələb edəcəklər. Başlarında Şeyx Qamətin rəhbərlik etdiyi Əbu-Bəkr dini icması dayanan bu qrupun əsl niyyəti isə seçkiqabağı ərəfədə qarışıqlığın yaradılmasından ibarətdirВ». Mənbə iddia edir ki, son günlər ayrı-ayrı xəbər portallarında Suriyada döüşən vəhabilərin videolarının yayılması da məhz həmin dönəmə tədarükdür: В«Onlar bu yolla təbliğat aparırlar. Məqsədləri özləri barəsində heç nədən qorxmayan, çəkinməyən imicini formalaşdırmaqdır. Həm də bu yolla cəmiyyətin inanclı kəsimini də qazanmağı düşünürlərВ». Mənbənin sözlərinə görə, sentyabr ayının ilk günlərinə təsadüf edəcək aksiyaların ilk dalğası plana görə Sumqayıt şəhərindən gəlməlidir: В«Sumqayıtdan yüzlərlə uzun saqqallı, qısa şalvarlı vəhabi Bakıya yürüş edəcək, yolu kəsib, böyük ajiotaj yaradacaqlar. Sonra isə Bakıda onların müdafiəsi məqsədilə daha kütləvi aksiya keçiriləcəkВ». Onu da bildirək ki, mənbəmiz özü barədə də məlumat verib və iddia edir ki, o da zamanında vəhabi təriqətinin üzvlərindən olub və sonradan geri çəkilib. Geri qayıt |