Əsas Səhifə > Hadisə > DAHA 2 HƏRBÇİMİZİ İTİRDİK

DAHA 2 HƏRBÇİMİZİ İTİRDİK


4-01-2012, 11:20
DAHA 2 HƏRBÇİMİZİ İTİRDİK

BU DƏFƏ YOL QƏZASI NƏTİCƏSİNDƏ

Oğuzda avtomobil aşıb, iki hərbçi həlak olub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yanvarın 1-dən 2-nə keçən gecə Oğuz rayonu ərazisində Qəbələ rayon sakini, Maarif Əhmədəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişin Alim Xəlilov aldıqları xəsarətdən hadisə yerində keçiniblər.

Əliyev bildirib ki, qəzada ölən hər iki şəxs Daxili Qoşunların "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları olublar.


Geri qayıt