Əsas Səhifə > Gündəm, Manşet > SALYAN SAKİNLƏRİ CANLARINI TƏHLÜKƏYƏ ATIR

SALYAN SAKİNLƏRİ CANLARINI TƏHLÜKƏYƏ ATIR


2-08-2013, 10:03
SALYAN SAKİNLƏRİ CANLARINI TƏHLÜKƏYƏ ATIR
DİA.AZ: - Salyan şəhər əhalisini içməli su ilə təmin edən anbar və nasos stansiyası 1956-cı ildə tikilib. O vaxtan bu infrakstrukturu, necə deyərlər, yamaya-yamaya yeni minilliyə daşıyıblar. Əvvala qeyd edək ki, bu idarə su işinə baxsa da, ərazisindəki ağaclar elə susuzluqdan yanıb.

Əhalinin içməli su ilə təminatına Salyan rayonu Su və Kanalizasiya İstisimarı İdarəsi cavabdehlik daşıyır. Müəssisənin hazırkı rəhbəri İlqar Xəlilovdur. DİA.AZ bildirir ki, bir qrup şəhər sakinlərinin infom.az etdikləri müraciətə əsasən əməkdaşımız əhalinin su təcizatına dair vəziyyəti araşdırıb. Gördüklərimiz adam dəhşətə gətitir, bu fotoşəkillərdən də aydın görünür.

Problem təkcə yarıtmaz təchizatla bağlı deyil. Suyun gigiyenik təmizliyi barəsində bəzi suallar ortaya çıxır. Çünki məişətdə istifadə edilən suyun çirkliliyi hətta gözlə görünən dərəcədədir Üstü açıq şəraitdə olan içməli su anbarına toz, ətraf mühitdən müxtəlif çöküntülər, hətta qurbağa, su siçovulu, həşəratlar belə daxil ola bilər. Bitən qamış kollarının elə qurğu qədər də yaşı var.

Bildiyiniz kimi, Azərbaycanda suyun qorunması ilə bağlı milli standartlar yoxdur. Suyun keyfiyyəti adətən sənəd üzərində SSRİ dövründən qalan QOST "2874-82" standartı əsasında yoxlanılır. Məhz bu standartlardakı normativlərə uyğun suyun keyfiyyəti, iyi, dadı, çirklənmə səviyyəsi guya nəzarətdə saxlanılır. Bu zaman suyun tərkibində ammonyak və nitritlər, kalsium, maqnezium, ferrum - bütün metallar və qeyri-metallar, yodluq yoxlanılır. Ümumilikdə isə hazırda Azərbaycanda içməli suda 21 fiziki-kimyəvi göstərici, 5 toksikoloji, rentgenoloji, radioloji və 2 bakterioloji analizlər aparılır.

Aparılırmı?!

Sənəd üzrə hər şey qaydasında görünsə də, əslində aparılan yoxlamalar Ümumdünya Səhiyyə Təşkilatının normativlərinə cavab vermir. Halbuki, ÜST-nin təyin etdiyi normativlər bütün dünya ölkələri üçün əsas sayılır. Qeyd edək ki, ÜST-in təyin etdiyi normativlərdən Azərbaycanda içməli suda civə, trixolobinzol, nolaxloramin, benzol, etil benzol, moloxol benzol yoxlanılmır. Bu isə Kür suyundan istifadə edən əhalinin sağlamlığı üçün ciddi təhlükədir. Sənəd üzərində olsa belə, normal şəraiti olan su anbarlarında aparılan analızlərin nəticəsi standarta uyğun deyilsə, onda vay salyanlıların halına. Biz ki, içdiyimiz suyun anbarını belə gördük, onun tərkibindən danışmağa dəyməz. Elə bunun nəticəsidir ki, rayon sakinlərinin əksəriyyəti böyrək daşı, bağırsaq çöpü, bronxid asma və sair xəstəliklərdən əziyyət çəkir.

Baş verənlərlə əlaqədar idarə müdiri İlqar Xəlilovla əlaqə saxladıq. O da rayon sakinlərinin içdiyi suyun natəmizliyi faktını təsdiqlədi. Bildirdi ki, hazıra 4 minə yaxın abonent bu anbardan istifadə edir, 1 abonent idarəyə təxminən 3 manat su pulu ödəyir, aralarında verməyənlər də olur. Anbarın bu vəziyyətdə olamsına gəlincə isə bildirdi ki, onun təqsirinin yalnız müəssisədə axtarmaq düz deyil: “Son illərə qədər həmin anbarın 4 tərəfi açıqlıq olub, istənilən yerdən texnika salıb onun içərsində təmizləmə işləri apara bilirdik. Lakın 1999-cu ildə bələdiyyələr yaranandan şəhər camatının da qara günləri başladı, harada azacıq boş yer görən kimi oranı satdılar, anbarın ərazisi də beləcə daraldı. Hazırda oranı təmizləmək heç cür mümkün deyil. Bizim rayon əhli çox şeyə dözdüyü kimi, buna da dözür. Yaxın vaxtlarda rayona yeni su xətti çəkiləcək, 2015-ci ilin əvvəlinə qədər rayon əhalisinin içməli su prolemi həll olunacaq. Onda camaatla bərabər bizim də canımz bu bəladan qurtaracaq.”

P.S. Növbəti materialda rayonun bərbad olan kanalizasiya sistemi haqqında, eyni zamanda kollektorlara birbaşa axıdılan çirkablar və sağlamlığımız üçün təhlükələri bərədə ətraflı məlumat verəcəyik.


SALYAN SAKİNLƏRİ CANLARINI TƏHLÜKƏYƏ ATIR
SALYAN SAKİNLƏRİ CANLARINI TƏHLÜKƏYƏ ATIR

Geri qayıt