Əsas Səhifə > Cəmiyyət, Manşet > ELŞAD ABDULLAYEV İTGİN QARDAŞINI BELƏ UNUDUB

ELŞAD ABDULLAYEV İTGİN QARDAŞINI BELƏ UNUDUB


1-08-2013, 15:36
ELŞAD ABDULLAYEV İTGİN QARDAŞINI BELƏ UNUDUB
KEÇMİŞ REKTOR NƏDƏN NARAHATDIR?

DİA.AZ: - Bu günlərdə məlum oldu ki, keçmiş ABU rektoru Elşad Abdullayev mərkəzi Avstriyanın paytaxtı Vyanada yerləşən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibliyində görüşlər keçirib. Məlumatda deyilirdi ki, günün 1-ci yarısı davam edən görüşlərdə əsas müzakirə mövzuları Mahir Abdullayevin cinayət işi, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin bərpası, Azərbaycanda keçiriləcək prezident seçkiləri olub.

Həmçinin ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Qrasia Cammarinaronun insan orqanlarının alverinə həsr olunmuş "ATƏT məkanında orqanların nəqli məqsədilə insan alveri" adlı tədqiqat-hesabatı da geniş müzakirə olunub.

ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi təmsilçiliyinin baş koordinatoru Vera Gracheva ilə görüş zamanı Elşad Abdullayev ABU-nin Tibb Mərkəzi ilə bağlı deyilənlərin əsassız olduğunu, o Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdikdən sonra haqqında bu cür qondarma cinayət işləri açıldığını bildirib.

ABU Tibb Mərkəzi ilə bağlı rəsmi sənədləri ATƏT rəsmisinə təqdim edən Elşad Abdullayev, bu tibb mərkəzinin keçmiş baş həkimi Dilarə İsmayılova ilə təsisçi müqaviləsi bağladığını, mərkəzin fəaliyyətinə qarışmadığını və əgər orada hansısa qanunsuzluq baş verdiyi təqdirdə müqavilədə göstərildiyi kimi, baş həkimin məsuliyyət daşıdığını qeyd edib.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, Elşad Abdullayevin ATƏT-də görüşlər keçirməsi səbəbsiz deyil. Mötəbər mənbənin söylədikləri: «Diqqət yetirin, Elşad Abdullayev daha çox məhz ABU-Klinika, orqan alverilə bağlı məsələdən danışıb. Və bu zaman Dilarə İsmayılovanın adını çəkərək onu əsas hədəf kimi önə sürüb.

Normalda isə Elşad Abdullayev daha çox qardaşının itkin düşməsindən danışmalı idi. Amma hətta Elşad Abdullayevin özü tərəfindən hazırlanaraq mətbuata ötürülən informasiyada da açıq şəkildə daha çox məhz orqan alverində keçmiş rektorun ittiham olunmasına verilən reaksiyaya diqqət ayrılıb ki, bu da səbəbsiz deyil».

Mənbəmiz bildirir ki, ABU-nun sabiq rektoru məhz bu məsələdən narahat olduğundan və orqan alveri ittihamı ilə həbs olunacağı haqda informasiyalar aldığından bərk narahatçılıq keçirir: «O, hətta Bakıda ona dəstək verən nüfuzlu məmurlardan birinə «öyrən gör, məni bui şlə bağlı tutmaq istəmirlər ki». Şəklində ismarıc da yollayıb».

Geri qayıt