Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİNİN BANKINI KİMLƏR, NİYƏ YOXLATDIRIR?

FHN ŞEFİNİN BANKINI KİMLƏR, NİYƏ YOXLATDIRIR?


1-08-2013, 10:08
FHN ŞEFİNİN BANKINI KİMLƏR, NİYƏ YOXLATDIRIR?
ZİYA MƏMMƏDOVDAN SONRA «BANK OF AZERBAİJAN» PROBLEMLƏ ÜZLƏŞİB

DİA.AZ: - Keçən günlərdə bildirmişdik ki, nəqliyyat naziri Ziya Məmmədovun əlindən çıxdıqdan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətinə keçən «Bank of Azerbaijan»la bağlı vətəndaş şikayətləri durmadan artmaqdadır. Bunun səbəbi isə bankın əl dəyişimindən sonra müştərilərə münasibətdə daha amansız üsullara müraciət etməsi göstərilsə də, məsələ heç də bunda deyil.

Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, hələ də «Bank of Azerbaijan»ın əksər filiallarında Ziya Məmmədovun nəzarət dönəmindən qalma kadrlar üstünlük təşkil etməkdədir: «Təbii ki, bu da öz sözünü deyir. Məlumdur ki, «ZQAN» Holdinqə aid olmuş «Bank of Azerbaijan»dan heç də könüllü şəkildə imtina olunmamışdı. İndi isə Ziya Məmmədovun adamları sanki eyni mərkəzdən təlimatlandırılmış şəkildə bankın nüfuzunu zərbə altında qoymaqdan belə çəkinmirlər».

Mənbənin bu iddiası inandırıcı görünməsə də, çox ciddi faktlar da redaksiyamıza təqdim olunub. Bildirək ki, bu yöndə araşdırma aparıb, yaxın vaxtlarda oxucularımızı da bilgiləndirəcəyik. Məlumatlardan aydın olur ki, artıq Mərkəzi Bank məhz gələn şikayətlər əsasında, artan narazılıqlara görə «Bank of Azerbaijan»ın fəaliyyətini təftiş etmə qərarını verib.

DİA.AZ-a daxil olan informasiyalara görə, dünəndən etibarən Mərkəzi Bankın ekspertləri «Bank of Azerbaijan»ı yoxlayırlar.

Geri qayıt