Əsas Səhifə > Hadisə, Manşet > “XAHİŞ ETDİM Kİ, BAŞIMA VURMAYIN”
“XAHİŞ ETDİM Kİ, BAŞIMA VURMAYIN”29-12-2011, 15:05 |
NAXÇIVAN MÜXALİFƏTÇİSİNİN BAŞINA GƏLƏN DƏHŞƏTLƏR DİA.AZ: - Məlum olduğu kimi, dekabrın 26-da Naxçıvanda həbs olunmuş vətəndaş cəmiyyətinin fəalı Zeynal Bağırzadə yerli təcridxanada işgəncələrə məruz qalıb. Nəticədə dekabrın 28-də onun səhhəti kəskin pisləşib və o, yerli Diaqnostika Mərkəzinə aparılıb. Həkimlər üç saat ərzində onun həyatı uğrunda mübarizə aparıblar. Bu müddətdə qardaşına və oğluna onunla görüşməyə icazə verilməyib. AXCP sədrinin müavini Asəf Quliyev bildirib ki, Bağırzadə qohumlarına deyə bilib ki, onu döyüblər. “Xahiş etdim ki, başıma vurmayın”, -deyib. Xəstəni kənardan müşahidə edən qohumları onun çox solğun olduğunu bildiriblər. Lakin həkimlər onun səhhəti barədə rəsmi məlumat verməyiblər. Qeyri-rəsmi məlumatlara görə, onun ciyəri ciddi zədələnib. İşgəncələrə səbəb Bağırzadəni ona qarşı irəli sürülən ittihamlar üzrə ifadəni etiraf etməyə məcbur etməkdir. Eyni zamanda Bağırzadə effektiv hüquqi müdafiədən məhrum olunub. Z. Bağırzadəyə cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törətmək), 310-cu (vəzifəli şəxsin səalhiyyətlərini mənimsəmə), 320.2-ci (saxta sənəddən istifadə etmə) ittiham irəli sürülüb və müvəqqəti saxlama təcridxanasına göndərilib. Haxçıvan hakimiyyəti Z.Bağırzadəni saxta sənədlər əsasında Çernobıl əlili kimi təqaüd almaqda ittiham edir. Z.Bağırzadə isə Çernobıl hadisələrində iştirak edib, əlillik almasını hər ah sübut etməyə hazır olduğunu deyir. “Bu hadisə 1986-cı ildə baş verib, həmi zamandan mən təqaüd alıram, bir də nə oldu ki, bu məsələ nə az, nəçox qstqndən 25 il keçdikədn sonra 2011-ci ildə yada düşdü?”, - Z.Bağırzadə qeyd edib. O, bütün baş verən qanunsuzluqların siyasi faəliyyəti və xüsusilə İctimai Palatanın Naxçıvan bölməsinin təşkilindəki fəallığı ilə əlaqələndirib. Bu ilin yayında Nehrəm kəndinə su verilməməsinə qarşı etirazlarda və haqların qorunması uğrunda mübarizədə Z.Bağırzadə və AXCP Naxçıvan təşkilatının sədri olan qardaşı fəallıq ediblər, bunun nəticəsi olaraq bu şəxslər zorakılıqlara məruz qalıblar. Geri qayıt |