Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > MİLLİ ŞURANIN TİFLİS MÜŞAVİRƏSİ QAPALI OLACAQ
MİLLİ ŞURANIN TİFLİS MÜŞAVİRƏSİ QAPALI OLACAQ30-07-2013, 16:42 |
![]() Milli Şuranın Tiflisə gedən nümayəndə heyəti artıq buradakı Vere Palace otelində tam tərkibdə toplaşıb. Bu barədə nümyəndə heyətinin tərkibində olan Milli Şura üzvü və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov məlumat verib. Onun bildirdiyinə görə, bir azdan Milli Şuranın sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyov da Tiflisə, Vere Palace otelinə gələcək. Əməkdaşımız xəbər verir ki, Milli Şuranın Tiflis müşavirəsi saat 18 radələrində otelin konfrans zalında başlayacaq. Toplantı media üçün qapalı olacaq. Toplantıdan sonra mətbuat konfransı keçiriləcək. İyulun 31-də isə Milli Şura üzvləri Tiflisdə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi mənzil-muzeyi ziyarət edəcəklər. Geri qayıt |