Əsas Səhifə > Ölkə, Manşet > PAYTAXTDA İCRA BAŞÇISI ƏLƏMƏSİ START GÖTÜRÜR

PAYTAXTDA İCRA BAŞÇISI ƏLƏMƏSİ START GÖTÜRÜR


30-07-2013, 16:02
PAYTAXTDA İCRA BAŞÇISI ƏLƏMƏSİ START GÖTÜRÜR
KİMLƏR «VURULACAQ»?

DİA.AZ: - Hələ xeyli əvvəldən bir neçə rayonun icra başçısı ilə bağlı sərt ölçünün götürüləcəyini xəbərləmişdik. Məlumatımızda deyilirdi ki, keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində cəmiyyətə jest olaraq hakimiyyət tərəfindən bir sıra addımların atılması planlaşdırılır.

Xatırladaq ki, 10-a yaxın rayonun icra başçısının vəzifələrindən azad ediləcəyi haqda informasiyalar yayılıb. Etibarlı mənbədən aldığımız son məlumatda isə bildirilir ki, artıq onlardan bəzilərinə bu barədə ön xəbərdarlığı edilib:

«Konkret olaraq Neftçala, Şəmkir, Ağsu və Saatlı rayonlarının icra hakimiyyəti başçıları xəbərdarlıqlarını alıblar. Onlar barəsində ölçünün götürülməsi an işidir».

Mənbəmiz eyni zamanda Salyan və Xaçmaz rayonlarının, habelə Bakının Xətai, Səbail və Yasamal rayonlarının başçılarının da dəyişdiriləcəyini bildirib.

Qeyd edək ki, bu günlərdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovla bağlı şok bir xəbər yayıldı və onun ermənilərlə qohum olması iddia olundu. Hələ də bu məlumatlar rəsmi şəkildə təkzib olunmayıb.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bir sıra rayonların başçıları indidən hərəkətə keçiblər. Bu barədə dünən də xəbər vermişdik ki, başçılar bazarlıqdadırlar. Kimi vəzifəsində qalmaq istəyir, kimi də başqa rayona transfer olunmağa çalışır.

Mənbəmizin bildirdiyinə görə, ən acınacaqlı durum Bakı rayonları ilə bağlıdır. Belə ki, yaxın günlərdə təkcə Səbail, Yasamal və Xətai rayonlarının deyil, həmçinin Suraxanı və Xəzər rayonlarının da icra başçılarının vəzifələrindən alınması gözlənilir.

Geri qayıt